Qalatasaray Barış Alper yılmazın klubda qalması üçün futbolçunun maaşını artırmağı təklif edib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qalatasaray" rəhbərliyi gənc hücumçu Barış Alper Yılmazla yeni müqavilə şərtlərini razılaşdırmaq üçün danışıqlara başlayıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçuya illik beş milyon avro maaş təklif edib.
Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.
"Cim-Bom" rəhbərliyi futbolçunun komandada qalmasını prioritet hesab edir. Klub Avropa nəhənglərinin maraq dairəsində olan Yılmazı uzunmüddətli layihənin əsas fiqurlarından biri kimi görür.
Barış Alper Yılmazın yeni müqaviləyə imza atıb-atmayacağı yaxın günlərdə məlum olacaq.

Qalatasaray Barış Alper Yılmazın dəyərini ikiqat artırdı
23 Yanvar 2025 13:44
Qalatasaray Barış Alper üçün 30 milyon istəyir
16 Yanvar 2025 11:02
Qalatasaray dan Barış Alper Yılmaz qərarı
23 Avqust 2025 21:14
Barış Alper Yılmaz Qalatasaray dan ayrılır
01 Sentyabr 2025 10:55
Qalatasaray Barış Alper Yılmazla yeni müqavilə imzalayıb
29 İyul 2025 20:19

