Icma.az
close
up
RU
“Qalatasaray” başqanı TFF başqanını məhkəməyə verdi!

“Qalatasaray” başqanı TFF başqanını məhkəməyə verdi!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Qalatasaray”la Türkiyə Futbol Federasiyasının münasibətləri son günlər kəskin dərəcədə pisləşib.

Hər şey İstanbul nəhənginin evdə “Eyüpspor”a qarşı oyunundan (2:2) sonra başladı. Başqan Dursun Özbək həm oyunun bazar gününə salınması, həm də matça daha öncə Okan Buruk tərəfindən təhdid eilən gənc hakim Oğuzhan Çakırın təyinat alması üzündən federasiyanı sərt sözlərlə tənqid etdi. Federasiya başqanı İbrahim Haıcosmanoğlu isə “TRT Spor” kanalının canlı yayınında, necə deyərlər, ağzını açıb, gözünü yumdu. Hacıosmanoğlu “köhnə dəftərləri” açaraq onu FETÖ-çü olmaqla günahlandıran şəxslərin “Qalatasaray”lı olduğunu və həmin adamların bilərəkdən sosial şəbəkələrdə köhnə görüntüləri paylaşdığını dedi. Dursun Özbəyi səsləndirdiyi ittihamları sübut etməyə çağıran federasiya prezidenti “sübut etməsən, bunun cavabı çox ağır olacaq. Artıq mənim gözümdə Dursun Özbəyin heç bir hörməti qalmayıb” ifadələrini də işlətdi.
Bu sözlərdən dərhal sonra “Qalatasaray” rəsmi saytında bəyanat yayaraq Hacıosmanoğlunu istefaya dəvət etdi. “Cim-Bom” bununla kifayətlənmədi. Özbək özü şəxsən Çağlayan Ədliyəsinə gedərək Hacıosmanoğlunu məhkəməyə verdi! Ədliyənin çıxışında Özbək jurnalistlərə bunları dedi:

“Hacısomanoğlu “TRT Spor”da qatıldığı bir verilişdə mənimlə bağlı təhdid dolu açıqlamalar verdi. “Qalatasaray”ın prezidentinə edilən təhdid bütün camiəyə edilmiş təhdiddi. Ona görə də ondan Cümhuriyyət Prokurorluğuna şikayət etdim. Türkiyə hüququnun bu məsələdə lazım olanı edəcəyinə əminəm. Biz onu istefaya dəvət etməklə mövqeyimizi ortaya qoyduq. Artıq bu federasiyaya güvənmirik. Düzdü, seçkidə biz də bu rəhbərliyə səs vermişdik. Amma bu prezidentin seçildikdən sonrakı ədalətsiz addımları, işlətdiyi ifadələr “Qalatasaray” camiəsini, eləcə də futbol ictimaiyyətini narahat etməyə başladı. Bu məsələ ilə bağlı bütün fikirlərimi prokurora açıqladım. Onların da lazım olanı edəcəyinə əminəm. Çempionluq yarışında komandamıza güvənirəm. Heç bir narahatlığım yoxdu. Camiəmizin dəstəyi ilə çempionluq yürüşümüz davam edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri