Icma.az
close
up
RU
Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb.

Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqlarını bildiriblər. Qeyd edilir ki, uşaqlar arasında yayılan bu virusun rotavirus olduğu bildirilib.

Bəs hazırda Azərbaycanda rotavirusa yoluxma hallarının artması müşahidə olunurmu? Hansı yaş qrupunda olan uşaqlar daha çox risk altındadır? Valideynlər hansı əlamətlər zamanı təcili həkimə müraciət etməlidirlər?

oxu.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, rotavirus infeksiyası payız-qış mövsümündə artmağa başlayır.

Həkim qeyd edib ki, digər virus infeksiyalarında olduğu kimi, rotavirusa da bu dövrdə daha çox rast gəlinə bilər.

"Hazırda daha çox kəskin respirator virus infeksiyaları (KRVİ) ilə qarşılaşırıq. Rotavirus infeksiyası ilə bağlı müraciətlər isə hələlik çox deyil. Lakin artıq mövsüm başladığı üçün bu xəstəliyin də artacağı gözlənilir.

Rotavirus infeksiyasının yayılması, əsasən, məktəb və bağçaların fəaliyyətə başlaması ilə əlaqədardır. Xüsusilə bağça yaşlı və məktəbəqədər uşaqlar arasında, onların bir-biri ilə sıx təması nəticəsində yoluxma halları artır. Xəstəliyə ən çox bağça yaşlı uşaqlarda rast gəlinir və bu yaş qrupunda infeksiya daha ağır keçə bilər.

Xəstəlik yüksək hərarət, qusma və ishal əlamətləri ilə müşahidə olunur. Ən təhlükəli məqam isə orqanizmin susuzlaşması, yəni dehidratasiya prosesidir. Uşaq qusma və ishal nəticəsində çoxlu maye itirir. Üstəlik, qusma səbəbindən su içməkdə də çətinlik çəkə bilər. Bu isə susuzlaşma riskini daha da artırır.

Belə hallarda uşağa mayeni az miqdarda, lakin tez-tez vermək lazımdır. Məsələn, bir dəfəyə çox su içirmək əvəzinə, kiçik qurtumlarla maye qəbul etməsi daha məqsədəuyğundur. Çünki çox miqdarda maye qəbul etdikdə uşaq yenidən qusa bilər. Ehtiyac yarandıqda isə itirilmiş mayenin bərpası üçün venadaxili infuziya tətbiq olunur.

Rotavirus infeksiyasının spesifik müalicəsi yoxdur. Müalicə, əsasən, simptomatik xarakter daşıyır. Hərarətsalıcı preparatlardan, ehtiyac olduqda isə infuzion məhlullardan istifadə edilir. Həmçinin qusma və ishalın azaldılması, maye itkisinin qarşısının alınması məqsədilə həkim göstərişi ilə müvafiq dərman preparatları təyin oluna bilər.

Ümumiyyətlə, istər kəskin respirator virus infeksiyaları, istərsə də rotavirus zamanı uşağın istirahət etməsi vacibdir. Xəstə uşaq fiziki aktivliyini azaltmalı, bağçaya və ya məktəbə getməməli, soyuq havada uzun müddət qalmamalıdır. Orqanizmin enerjisini bərpa prosesinə yönəltməsi üçün istirahət rejiminə əməl etmək lazımdır.

Uşağı yemək yeməyə məcbur etmək də düzgün deyil. Əgər iştahası yoxdursa, onu qidalanmağa məcbur etmək lazım deyil. Lakin maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Xüsusilə rotavirus infeksiyası zamanı itirilən mayenin bərpası olduqca vacibdir. Yemək yox, maye vacibdir.

Rotavirus yoluxması isə fekal-oral mexanizmlə, yəni çirkli əllər və yoluxmuş səthlər vasitəsilə meydana gəlir. Virus, əsasən, bağırsaqda olur və nəcislə xaric olunur. Rotavirusa yoluxmuş uşağın əlləri, geyimi və ətrafdakı əşyalar çirklənə bilir, digər uşaqlar da həmin səthlərə və əşyalara toxunduqda virus onlara da yoluxa bilir.

Azyaşlıların şəxsi gigiyena qaydalarına tam əməl edə bilməməsi, əllərini düzgün yumaması yoluxma riskini artırır. Bu səbəbdən rotavirus infeksiyası xüsusilə uşaq kollektivlərində daha sürətlə yayıla bilər", - deyə M.Əliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri