Icma.az
close
up
RU
Qalatasaray ın bu qış 5 ci transferini reallaşdırdı

Qalatasaray ın bu qış 5 ci transferini reallaşdırdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Qalatasaray''ın ''Lans'' və Polşa yığmasının üzvü Pşemislav Frankovskini transfer etmək üzrə olduğunu xəbər vermişdik.

''Football-plus.az'' az xəbər verir ki, İstanbul nəhəngi keçidi tamamlamaq üçün bir xeyli güc sərf etməli oldu. Çünki ''Lans'' son anda tələbini dəyişərək 7 milyon avro əvəzinə 10 milyon avro istədi. Frankovski isə bunu bildikdən sonra klubla məşqlərə çıxmaqdan imtina etdi. Türkiyə çempionu sonda fransızlara yeni şərtlər təklif etdi.
Hələlik bu transfer icarə əsasında rəsmiləşib. ''Cim-Bom'' 4 aylıq icarə üçün ''Lans''a 1 milyon avro ödəyəcək. Amma müqavilədə məcburi daimi transfer maddəsi də mövcuddu. Bunun qüvvəyə minməsi üçün müəyyən şərtlər həyata keçməlidi. Məsələn, futbolçu müəyyən sayda oyuna çıxmalıdı.
Türkiyə çempionu yayda bu futbolçunu daimi almalı olsa, onunla 3 illik müqavilə imzalayacaq və ''Lans''a əlavə 7 milyon avro ödəyəcək. Frankovskinin illik qazancı isə 1,7 milyon avro təşkil edəcək. Bu mövsümün sonuna qədər isə ona 900 min avro maaş veriləcək. Dünən İstanbula gələn 29 yaşlı futbolçu hava limanında bunları deyib:

''Həqiqətən də çox sevincliyəm. Dünyanın ən böyük klublarından birində oynamaq özəl bir hissdi. Məşqə çıxmaq, yeni komanda yoldaşlarımı tanımaq və xüsusilə də ev oyunlarımızdakı atmosferi görmək üçün indidən səbirsizlənirəm''.


Frankovski əsasən müdafiənin sağ cinahında çıxış edir. Amma karyerası ərzində solda və yarımmüdafiənin mərkəzində oynadığı matçlar da olub. ''Qalatasaray''ın bu qış Ahmed Kutucu, Alvaro Morata, Mario Lemina və Karlos Kuestadan sonra 5-ci yeni transferi olan Frankovski bu mövsüm 21 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri