Qalatasaray ın ulduzunun həbsxanadakı son durumu: Nə yeyir, nə içir, nə istəyir?
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk hazırda həbsdə olan gənc müdafiəçi Metehan Baltacını ziyarət edib.
Fanat.Az xəbər verir ki, futbolçunun fiziki vəziyyəti və məişət şəraiti ilə bağlı bəzi narahatedici məqamlar məlum olub.
Türkiyəli jurnalist Çağatay Çelikin yaydığı məlumata görə, Metehan Baltacı hazırda siqaret çəkilməyən xüsusi bir kamerada saxlanılır. Gənc oyunçu futboldan uzaq qalmamaq üçün oyunları izləyə bilməsi məqsədilə qaldığı yerə yayımçı quruluşun (rabitə xəttinin) çəkilməsini rəsmi şəkildə tələb edib.
Lakin ən üzücü xəbər onun fiziki durumu ilə bağlıdır; peşəkar idmançı qidasından və rejimindən tamamilə kənar qalan müdafiəçi bu müddət ərzində təxminən 5 kiloqram arıqlayıb. Okan Burukun bu ziyarəti futbolçuya mənəvi dəstək olsa da, onun "əriməsi" azarkeşlər və klub rəhbərliyi arasında böyük təəssüf hissi doğurub.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Dekabr 2025 02:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















