Icma.az
close
up
RU
Qalatasaray tacından azarkeşlərin ürəyinə düşən ulduz Fernando Muslera

Qalatasaray tacından azarkeşlərin ürəyinə düşən ulduz Fernando Muslera

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Anar Həsənov yazır...

Fatih Terim bir dəfə demişdi: "Muslera bizə oyun qazanmaq üçün yox, ayaqda qalmaq üçün lazım idi". Bu sözlər hələ də "Ali Sami Yen"in divarlarında əks-səda verir.

2011-ci ilin avqustunda tanış olduq onunla. O günlərdə hələ 25 yaşında olan Fernando Muslera "Latsio"dan ayrılaraq "Qalatasaray"ın qapısını qorumaq üçün İstanbulun yolunu tutmuşdu. Onun gəlişi təkcə bir transfer deyildi - bu, klub tarixində yeni bir epoxanın başlanğıcı idi.

Gənc, lakin cəsarətli biri. İstanbulun səs-küyünə tez alışdı. Gəldiyi ilk mövsümdə çempionluq yaşayan Fernando Muslera elə həmin mövsümün son matçında penaltidən qol vurdu - bəli, QOL! Bu adam qapıçı idi, amma sanki o andan qərar verdi: mən təkcə top saxlamayacağam, bu klubun ruhunu da qoruyacağam.

İllər keçdi, çempionluqlar gəldi. 2012, 2013, 2015, 2018, 2019... Sadəcə, kubokları saymaqla iş bitmir. Musleranın adını səsləndirdikcə ağlımıza nə gəlir? Son saniyə qurtarışları. Zədədən sonra qayıtdığı ilk oyun. Tribunalara doğru yumruğunu sıxaraq "buradayam" deyən baxışlar...

Muslera futbolsevərlərlə daha da püxtələşdi. Türkcə danışdı, xalqın içində oldu. Uduzanda sussaydı, qalib gələndə bağırmazdı - hər zaman eyni: təmkinli, sədaqətli, lider.

Türkiyə futbolunda dərin iz buraxan Fernando Muslera yalnız "Qalatasaray" deyil, "Fənərbağça", "Beşiktaş", "Trabzonspor" fanatlarının da qəlbində taxt qurdu.

Zədələndi, amma ruhu sınmadı. Qayıtdı. Yenə çətin anda qapının önündə idi. Komandasının yanında idi. "Qalatasaray"a çox sayda qolkiper gəldi-getdi, amma Muslera bir başqa idi. O, klubunu seçmədi - klub onu seçdi.

Gələcəkdə onu yenə görəcəyik - bəlkə, məşqçi kimi, bəlkə də, tribunadakı bir azarkeş kimi. Amma "Qalatasaray" azarkeşləri heç bir zaman onun yoxluğuna tam alışa bilməyəcəklər.

2025-ci ilin may ayı "Qalatasaray" azarkeşləri üçün həm sevinci, həm də kədəri gətirir. Türkiyə futbolu tarixində ilk dəfə beşinci ulduza sahib olan "Qalatasaray" başqa bir ulduzunu - Fernando Musleranı - itirir. Uruqvaylı əfsanə 14 illik "aslan" macərasının sonuna gəlib çatır. Bu, sadəcə, bir ayrılıq deyil - bu, bir dövrün başa çatmasıdır.

Uruqvaylı əfsanənin gedişi İstanbulda təkcə bir klubun deyil, az qala bütöv bir şəhərin ürəyini sıxır. Çünki o bu şəhərə alışdı, bu şəhər də ona. O, İstanbulun küçələrində adi bir futbolçu kimi yox, sevgi və hörmətlə qarşılanan bir sima idi.

Vida asan deyil.

Son oyununa çıxacaq yaxın günlərdə. Stadion dolacaq, pankartlar açılacaq: "Sən bizim qəlbimizə taxt qurdun!"

Bəlkə, son oyununda da bir qolu Musleranın vurmasını istəyəcəklər azarkeşlər. Dünən çempionluğu rəsmiləşdirdikləri "Kayserispor"la oyundakı kimi.

Azarkeş gələndə də, gedəndə də qol vuran qapıçı kimi yadda saxlamaq istədi onu. Muslera "Qalatasaray"ın tacından azarkeşlərin ürəyinə düşən ulduz oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri