Icma.az
close
up
RU
“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda İngiltərənin “Aston Villa” klubuna qarşı keçiriləcək oyunu buraxacaq.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Okan Buruk oyunöncəsi mətbuat konfransında açıqlayıb.

Türkiyəli mütəxəssis Osimhenin qarşılaşmada iştirak etməyəcəyini təsdiqləyərək digər zədəli futbolçuların vəziyyətinə də aydınlıq gətirib.

“Osimhen sabah bizimlə olmayacaq. Yakobsla bağlı isə bu gün son yoxlamanı keçirəcəyik. Heç olmasa, ehtiyat oyunçular skamyasında yer alması bizim üçün vacibdir. Onun məşqə çıxıb-çıxmayacağını qiymətləndirəcəyik. Növbəti oyunda, “Beşiktaş”la qarşılaşmada meydana çıxa bilər. Həmin matça qədər altı gün vaxtımız var. Hazırda sabah oynamaq ehtimalı olan futbolçu Yakobsdur”, - deyə Buruk söyləyib.

Baş məşqçi zədələr səbəbindən heyətdə seçim imkanlarının azaldığını da etiraf edib:

“Zədələrdən sonra heyətimiz bir qədər daralıb. Buna baxmayaraq, meydana çıxacaq çox yaxşı komandamız var. Ehtiyatdan oyuna qoşula biləcək futbolçularımız da mövcuddur. Bəzi mövqelərdə çətinlik çəkə bilərik. Futbolçuların hazırkı vəziyyətinə uyğun qərar verəcəyik”.

Buruk “Aston Villa”nın baş məşqçisi Unay Emerinin Avropa turnirlərindəki uğurlarına xüsusi diqqət çəkib:

“Çox güclü komandaya qarşı oynayacağıq. Emeri Avropanın ən uğurlu məşqçilərindən biridir. Onun komandası Çempionlar Liqasında doqquz xal toplayıb. Biz isə son iki oyunumuzu qazandığımız üçün özümüzə inanırıq. Doğma meydanda oynamağın üstünlüyündən maksimum yararlanmağa çalışacağıq”.

Türkiyəli çalışdırıcı bu qarşılaşmanın komandanın gələcək hədəfləri baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Əgər xəyallarımız varsa, onları gerçəkləşdirmək üçün sabah çox vacib fürsətimiz olacaq. Ümid edirəm ki, həm özümüzün, həm də azarkeşlərimizin arzularına çatmaq yolunda mühüm qələbə qazanacağıq”.

Buruk Çempionlar Liqasında qarşıdakı oyunların turnir taleyini müəyyənləşdirəcəyini də qeyd edib:

“Barselona” ilə matçdan sonra növbəti beş oyunun bizim üçün həlledici olduğunu demişdim. Onlardan ikisini qazandıq, indi üçüncüsünə çıxırıq. Əsas məqsədimiz qələbədir, amma Çempionlar Liqasında məğlub olmamaq da çox vacibdir. İlk 16-lıqda və ya 24-lükdə yer almaq üçün xal toplamalıyıq”.

Baş məşqçi rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun çıxışını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, gənc futbolçu Çempionlar Liqasının son üç oyununda ardıcıl fərqlənib və bu seriyanı davam etdirmək potensialına malikdir.

Buruk “RAMS Park” stadionunun ot örtüyünün vəziyyətinə də toxunub. O, meydanda yenidən hibrid örtük tətbiq edildiyini, toxum səpildiyini və son iki həftədə otların cücərdiyini deyib. Mütəxəssis ideal örtük gözləmədiklərini, lakin meydanın futbol oynamaq üçün yararlı olacağına ümid etdiklərini söyləyib.

Qeyd edək ki, “Qalatasaray” - “Aston Villa” qarşılaşması noyabrın 24-də İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri