“Qalatasaray”da qış təmizliyi : İki futbolçu siyahıda
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray” qış transfer pəncərəsində heyətində dəyişikliklər etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabu və Lesli Uqoçukvu ilə yollarını ayıra bilər.
Belə ki, iki futbolçunun da çıxışı baş məşqçi Okan Buruku və klub rəhbərliyini qane etməyib.
“Sarı-qırmızılılar” onların müqavilə ilə məxsus olduqları klublarla razılıq əldə edəcəkləri təqdirdə, icarə müqavilələrinə vaxtından əvvəl xitam verməyi planlaşdırırlar.
Xatırladaq ki, Uqoçukvu İngiltərənin “Bernli”, Bitşiabu isə Almaniyanın “Leyptsiq” klubundan mövsümün əvvəlində icarəyə götürülüb. Fransalı futbolçuların hər ikisinin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Uqoçukvu bu mövsüm “Qalatasaray”ın heyətində 7 rəsmi oyunda ümumilikdə 123 dəqiqə meydanda olub. Bitşiabu isə cəmi bir qarşılaşmada 22 dəqiqə şans qazanıb.
"Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır” “Fənərbaxça”nın ulduzu Türkiyəyə qarşı oynamayacaq "Latsio"da yeni müqavilə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















