“Qalatasaray”ın keçmiş ulduzu üçün unutmayacağı gecə VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Türkiyənin “Qalatasaray” futbol komandasının keçmiş qolçusu Karlos Vinisius formasını geyindiyi Braziliyanın “Gremio” klubunda unudulmaz bir gecə yaşayıb. “Kopa Sudamerikana” turniri çərçivəsində Çilinin “Palestino” komandasına qarşı keçirilən oyunda braziliyalı futbolçunun başına gəlməyən qalmayıb.
İdman.Biz xəbər verir ki, Vinisius eyni matçda üç dəfə penaltini dəqiq yerinə yetirə bilməyib və vurduğu qol da VAR yoxlamasından sonra ləğv edilib.
Qarşılaşmanın 11-ci dəqiqəsində penaltı qazanan “Gremio”da topun başına Vinisius keçib. O, ilk vuruşunda rəqib qapıçı Sebastian Perezi keçə bilməyib. VAR araşdırmasından sonra qapıçının xətti vaxtından əvvəl tərk etməsi səbəbindən atış təkrar olunub. İkinci cəhddə topu dirəyə vuran braziliyalı oyunçunun üçüncü vuruşunda isə ayağı sürüşüb və qapıçı bir daha qola icazə verməyib.
Braziliyalı hücumçunun uğursuzluqları bununla da bitməyib. Matçın 78-ci dəqiqəsində topu rəqib qapısından keçirən Vinisiusun qolu, ötürmədən əvvəl əllə oyun müəyyən edildiyi üçün VAR tərəfindən ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 30 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















