Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Qalib Azərbaycan regionda yeni geosiyasi nizamı formalaşdırır

Qalib Azərbaycan regionda yeni geosiyasi nizamı formalaşdırır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Azərbaycan xalqının iradəsini, gücünü və birliyini nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan bir addım da geri atmadı, Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir.

Şanlı Azərbaycan Ordusu müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt Hərbi Qənimətlər Parkında da özünün real mənzərəsini göstərir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər işğalçı Ermənistana təzyiq göstərmədiyi üçün Azərbaycan öz gücünə problemi həll etdi. Xüsusilə, Qələbənin əldə olunmasında xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən amillər sırasındadır.
30 il ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Mayın 11-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi tarixi bəyanatla Azərbaycanın 30 ildən artıq davam edən mübarizəsinin yekun qiymətini verdi. Dövlətimizin başçısı bəyan etdi: “Azərbaycan mütləq və tam qələbə qazandı”. Bu ifadə təkcə emosional deyil, həm də geosiyasi və hüquqi məna daşıyan bəyanatdır. Müasir tarixdə çox az sayda müharibə belə nəticə ilə bitib. Azərbaycanın Qarabağda əldə etdiyi zəfər bu baxımdan istisnadır. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra dünyada baş verən silahlı münaqişələrin əksəriyyəti ya atəşkəslə, ya da qeyri-müəyyən razılaşmalarla başa çatıb. Bütün bunların fonunda Azərbaycanın müharibəni öz siyasi və hüquqi şərtləri ilə başa vurması dünyada nadir hadisədir. Azərbaycanın Vətən müharibəsində hərbi uğuru dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Bu səbəbdən dünyanın bir sıra inkişaf etmiş ölkələri də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməyə başladılar.
44 günlük Vətən müharibəsində qazanılan zəfər, o cümlədən bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da bütün respublika ərazisində Konstitusiya quruluşu bərqərar edildi. Bu faktlar yalnız hərbi deyil, həm də hüquqi və mənəvi qələbədir. Artıq dünya ictimaiyyəti Azərbaycanın bu uğurunu rəsmən tanımağa başlayıb.
Eyni zamanda, dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə həbs olunaraq ədalət mühakiməsinə çıxarılıb. Separatçıların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, etnik təmizləmə və müharibə cinayətləri ilə bağlı istintaq aparılması ədalətin bərpası baxımından mühüm addımdır. Bu proses Nürnberq tribunalını xatırladır. Çünki həmin məhkəmədə də müharibə cinayətləri törədənlər yalnız hərbi yox, hüquqi yollarla cəzalandırıldı. İkinci Dünya müharibəsində qanlı cinayətlər törətmiş faşistlərin layiq olduqları cəzaları alması dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Azərbaycan da analoji şəkildə qanunun aliliyini təmin edir.
Onu da qeyd etmək lazımdır ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə dövlətimiz Ermənistana sülh sazişinin imzalanması təklif etdi. Yəni, müharibənin nəticələri artıq siyasi-hüquqi müstəvidə təsbit olunur. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımağa məcbur oldu. Eləcə də, sərhədlərin delimitasiyası çərçivəsində ötən il Qazax rayonunun 4 kəndi qan tökülmədən Azərbaycana qaytarıldı. Həmçinin, dövlət sərhəddinin 12 kilometrlik hissəsi tam müəyyənləşdirilib. Beləliklə, sülh sazişi üzərində danışıqlar da real mərhələyə keçmiş oldu və bu ilin mart ayında tərəflər sazişin mətni üzərində tam razılığa gəliblər. Sülh sazişini imzalamaq üçün sadəcə, Ermənistan Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Bunlar Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur.
Beləliklə, Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda yeni reallıqların müəllifidir. Bu mənada Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi “Biz mütləq və tam qələbə qazandıq” bəyanatı yeni bir dövrün əsasını qoyur. Bu yalnız ölkə daxilində deyil, bütün bölgə üçün yeni geosiyasi reallığın təməlidir. Bir sözlə, Azərbaycanın tarixi zəfəri gələcək nəsillər üçün möhtəşəm bir ərmağandır. Çünki şanlı zəfərimiz son 200 illik tariximizin ən mühüm hadisəsidir!

Sevinc Fətəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see126

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri