Icma.az
close
up
RU
Qalib Rəhimli 65: Həyat adamın keçdiyi yollarla dəyər qazanır

Qalib Rəhimli 65: Həyat adamın keçdiyi yollarla dəyər qazanır

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

65 yaş... Kimsə bu yaşı qocalığın, fəallığın bitdiyi bir nöqtə kimi görür. Təbabət deyir ki, bədən yorulur, dövlət deyir ki, artıq çalışmaq sənlik deyil. Amma bunların heç biri Qalib Rəhimliyə aid deyil! O, bu yaşda da gənc ruhunu, iti zəkasını, sönməz yaradıcılıq eşqini qoruyub saxlayan nadir insanlardandır.

Qalib müəllim təkcə bir insan kimi deyil, bir ideya, bir enerji mənbəyi kimi həmişə həyatın içində olub. Onun həyat yolunu çox yaxşı tanıyıram, uşaqlığını da, gəncliyini də, bu günkü müdrik dövrünü də gözlərimlə görmüşəm. Uşaqlığında çılğın, gəncliyində prinsipal, böyüdükcə daha da müdrik – amma heç zaman öz dəyərlərindən, doğrularından dönməyən bir adam olub. Və bu keyfiyyətlər onu hər zaman seçilən edib!

Həyat adamın keçdiyi yollarla, duyduğu hisslərlə, yaşadığı nostalji ilə dəyər qazanır. Qalib müəllim üçün el-oba, kənd, Vətən anlayışı boş sözlər deyil. Onun ruhu kəndinin küçələrində, doğma elin havasında nəfəs alır. Bu sevgini o, hər yazısında, hər kitabında, hər çıxışında səmimiyyətlə yaşadır. Xüsusilə, dörd kitabından üçüncüsü – “Dedim, bəlkə, sözüm qala...” əsərində bu sevgini açıq-aşkar hiss etmək mümkündür. O kitab ki, kəndinin qəhrəmanlarından, zəhmətkeş insanlarından bəhs edir, Ulu Öndər Heydər Əliyevə hörmət və ehtiramını ifadə edir. O kitab ki, müəllifinin şəxsiyyətini bütün çalarları ilə bizə təqdim edir. Bu sevgini bir daha nümayiş etdirən gözəl anlardan biri də doğma Kəmərli kənd orta məktəbində keçirilən kitab təqdimatı oldu. O görüşdə Qalib müəllimin atası, el ağsaqqalı Rəhim müəllim də iştirak edirdi. Müəllimlər, sinif yoldaşları, dostları danışdı, xatirələr dilə gəldi. Bu tədbir təkcə bir təqdimat deyildi, bu, eyni zamanda, kəndin, elin bir dəyərli övladına olan ehtiramının ifadəsi idi. Ardınca Gəncədə də geniş bir ədəbi məclis təşkil olundu, bu görüş böyük bir hadisəyə çevrildi. Adamın ədəbi və mənəvi portretinin əsas konturlarını cızan ana xətt adamın adamlığı və adamın fəaliyyət səviyyəsi, sferasıdi. Qalib Rəhimlinin ədalətli, haqsevər bir Allah bəndəsi və istedadlı, fədakar söz adamı, peşəkar yurnalist olduğunu bilirəm və çoxları bilir. Şirin təhkiyəli ədib olduğunu bilməyənlər həmin kitabda yer almış hekayələrini oxuyandan sonra biləcəklər.

Qalib müəllimin ədəbi araşdırmaçı, tədqiqatçı, tənqidçi olduğunu mən hər kəsdən daha yaxşı bilirəm. Səbəbi var. İndi əsas ünsiyyət vasitəsi sosial şəbəkələr üzərində qurulur. Allah xeyirə döndərsin: qloballaşma onlayn görüşlərə sürükləyir bəşəriyyəti. Amma üstün tərəfləri də var. Yəni, şairlər keşçmişdəki kimi redaksiyalara ayaq döymür, şeirlərinin radioda səsləndirməsi üçün tanış-biliş aramırlar. Kimin nəyi varsa, facebook səhifəsində və digər sosial şəbəkələrdə minnətsiz-sünnətsiz yayır və tanınır. Ancaq müəyyən dostlar və məqamlar istisna olmaqla kütləvi yorumlar səthi olur. ”A xala, xətrin qalmasın” havasınnan hamı bir-birini yola verir. Qaliib Rəhimlinin mənim virtual çıxışlarıma münasibəti isə tam fərqlidi. Hər şeirimi öz yorumlarında geniş tədqiq edib elə açıqlamar edir ki, açığını deyirəm, özümün də ağlıma gəlməyən, ancaq doğru olan hər şeyi üzə çıxarır. Və günlərin bir günü qərarlaşdıq ki, ədəbi tənqidin təcrübəsində yeni olan bu işi görək və fikirləritoplayıb kitab şəklində ərsəyə gətirək. Gətirdik də. Kitabımız çapa hazırdı. Bax, belə, bu da sübut. Qalibin tənqidçilik səriştəsinin alt qatlarını gördüm və bildim. Ümumiyyətlə, Allah adama istedad veribsə, onu hara yönəltsən orda bir mətləb hasil edilir. Əzizimiz Qalib Rəhimli kimi. Ömrünün şirin-şirin yaşanmalı, nəvələrtin xoşbəxt gələcəyi ilə xoşhallanmalı, nəhayət, ən gözəl əsərlərini yazmalı vaxtları indən beləyədi.

Qalib Rəhimlinin qələmindən süzülənlər yalnız öz həyatına aid deyil, həm də başqalarının hekayələridir. O, təkcə yazıçı deyil, az öncə dediyim kimi həm də dərin düşüncəli bir tənqidçidir. Ədəbi tənqidçilik onun üçün təkcə nəzəriyyə deyil, yaradıcı bir yanaşmadır. Onun dərin düşüncəli şərhləri bəzən elə məqamları üzə çıxarır ki, hətta müəlliflərin özləri belə bu nüanslara heyran olur. Biz də elə bu istedadın şahidi olaraq bir kitab ərsəyə gətirdik – onun tənqidi yanaşmasını daha geniş kütləyə təqdim etmək üçün.

Qalib Rəhimli, siz həyatın hər mərhələsini dolu-dolu yaşamağı bacaran, hər yaşın gözəlliyini qavrayıb onu şərəflə daşıyan insanlardansınız. Bu 65 yaş sizə ancaq yeni bir səhifə açır – ən gözəl əsərləriniz, ən dəyərli xatirələriniz, ən işıqlı günləriniz hələ irəlidədir. Nəvələrinizin gülüşü, dostlarınızın ehtiramı, oxucularınızın sevgisi sizə daim ruh və güc versin! Sizə uzun, sağlam, yaradıcılıq dolu illər arzulayıram! Yubileyin mübarək olsun!

Rafail İncəyurd İsmayılov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri