Icma.az
close
up
RU
Qalib Rəhimli təqdim edir: Gənc qələm sahibinin söz axtarışı

Qalib Rəhimli təqdim edir: Gənc qələm sahibinin söz axtarışı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Gənc istedad, ümid dolu qələm sahibi – Pərvanə Quliyeva... 17 yaşında olmasına baxmayaraq, Pərvanə artıq ədəbiyyat dünyasında öz səsini duyurmağa başlayıb. Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxananın ən fəal üzvlərindən biri olan bu gənc qız günlərini kitablarla, düşüncələrlə, sözün sehrinə sığınmaqla keçirir.

Onun qələmindən süzülən “Qaranlığın bünövrəsi...” adlı esse, sadəcə bir yazı deyil – insan ruhunun dərinliklərinə enən, bəşər tarixinin ən qədim sirlərinə işıq tutan sarsıdıcı bir fəlsəfi sözdür. Burada Qabil və Habil hekayəsi yeni bir baxışla canlanır, oxucuya əbədi bir sual ünvanlanır: “İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi?”

Bu yazı sadəcə bir düşüncə məhsulu deyil, həm də gənc bir yaradıcının cəsarətli addımıdır. Oxucunu düşündürür, sarsıdır, qaranlıqdan işığa yol axtarmağa çağırır.

Pərvanə Quliyevanın qələmi sübut edir ki, sözə inanan gənclər var və onların nəfəsi ədəbiyyatımızın gələcəyinə yeni ümidlər gətirir. Həmin esseni təqdim edirik.

Qaranlığın bünövrəsi...

Bir günah işləndi… Bütün bəşəriyyət bundan nəsibini aldı. Geriyə yalnız qaranlıq qaldı – bəlkə də cəhənnəm.

Bəziləri geridə qaldı, hər zamankı kimi. Digərləri arxasına baxmadan qaçdı – yenə də hər zamankı kimi. Birini öldürərək həyatdan qopardılar, digəri isə qaçaraq ruhunu şeytana təslim etdi. Dünya, geridə qalanların və qaçanların cəhənnəminə çevrildi. İnsanlar bir sual qarşısında qaldı: Şeytan olacaqlarmı, yoxsa yenə susaraq hər şeyə gözmü yumacaqlar?

Ruhunu iblisə satmış hər kəs başqalarına cənnətdən bəhs etsə də, reallıq tamamilə fərqli idi. Reallıq bəzən bir bıçaq olub insanı kəsirdi, bəzən də bütöv bir cəmiyyətin ölüm səbəbinə çevrilirdi. Dünya həqiqətə ağladı, insanlar isə yaşananlara güldü.

Bir cinayət işləndi… Qabil Habili öldürdü. Bu, sadəcə bir qardaşın qardaşına qıyması deyildi. Bütün aləm buna səssiz qaldı. İblislər insanların itaətkar varlıq olmadığını gördülər və hakimiyyətlərini onların üzərində qurmağa davam etdilər. Əsrlərdir ki, bu belədir və görünür, hələ də bitmir. Qabilin Habili öldürməsi ilə qısqanclıq doğruluğu, ədaləti məhv etdi. Bəlkə də, bütün pisliklərin bünövrəsi o an qoyuldu.

Həyat, əslində, iradəsi zəif olanların imtahan meydanıdır. Hüseyn Cavid “İblis” əsərində çox gözəl qeyd etmişdi:

-İblis nədir?

-Cümlə xəyanətlərə bais…

-Bəs hər kəsə xain olan insan nədir?

-İblis!

Bəli, iblis yalnız bir mifoloji varlıq deyil. O, insanın içində gizlənən, hər zəif anında qələbə çalmaq istəyən bir qüvvədir. Tarixin əvvəlində qoyulan bu qaranlıq bünövrə əsrlər boyu dəyişmədən davam edir. Qabilin cinayətindən bu günümüzə qədər insanlıq gah sükutla, gah da biganəliklə iblisin hökmranlığını gücləndirib.

Və sual hələ də açıqdır: İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi, yoxsa hər dəfə yeni bir Qabil doğulacaq?..

seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri