Icma.az
close
up
RU
QALİB VƏ QÜRURLU OLMAĞIN TƏNTƏNƏSİ

QALİB VƏ QÜRURLU OLMAĞIN TƏNTƏNƏSİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

ELNARƏ AKİMOVA

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə əmin-arxayın şəkildə prosesləri dəyərləndirməsi ilk növbədə, ölkə başçısının böyük siyasi lider olmasının növbəti göstəricisi sayılmalıdır. Milli maraqlar məsələsində heç kəsə, heç bir dövlətə güzəştə getməyən dövlət başçısının bu gün qürurlu və güvənli görünən obrazının arxasında bu gün var olan, yenidən qurulan, azad, abad Azərbaycan dayanır. İlham Əliyev dünyada baş verən proseslərə öz təcrübəsindən, nüfuz və sərştəsindən, bütün çətinlikləri dəf edərək çatdığı həqiqətlərdən çıxış edərək fikir bildirir.

Məhz öz ölkəsinin təcrübəsinə əsaslanaraq, heç bir əlavə köməyə, yardıma bel bağlamayaraq irəli getməyin, qalib olmağın, uğur qazanmağın yollarını göstərir müsahibəsində İlham Əliyev, Azərbaycanın bundan sonrakı inkişafında da şəxsi potensiala və daxili resurslara güvənərək irəliləyəcəyini önə çəkir. “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

İlham Əliyev haqlı olaraq, bu təşkilatları zəif və iflic statusunda təqdim edir. 30 il ərzində beynəlxalq hüququn Qarabağ probleminə qarşı susqun, etinasız münasibəti bu baxımdan, meydanda olan bariz nümunədir.

Prezident İlham Əliyev müsahibəsində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, zaman-zaman hərbi təcavüz və böhranların predmetinə çevrildiyini bildirərək tarixi yaddaşa yenidən ekskurs edir və yeni dövrün reallıq və çağırışları kontekstində vəziyyəti dəyərləndirməyə çalışır: “Hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”.

Ölkə başçısının müsahibəsi hər zamankı kimi milli maraqların üzərində qurulmaqla, həmçinin dünyada baş verən münaqişə və ziddiyyətlərə vurğusu ilə də seçilir. Yaxın tarixdə hansı proseslər baş verəcək, hansı təbəddülatlar gerçəkləşəcək, ölkələr arasında müharibələr bitəcəkmi? İlham Əliyev şəxsi təcrübə və qənaətlərinə əsaslanaraq, analiz və təhlillərini sərgiləyir. Azərbaycan-ABŞ münasibətlərinin dinc məcraya düşməsini bildirir, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı qənaətlərini bölüşür və Azərbaycan-Ermənistan arasında hələ də həllini gözləyən sülh müqaviləsini yenidən aktuallandırır. Prezident haqlı olaraq bildirir ki, sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmır. Doğrudan da belədir, bu gün bizimlə Ermənistan arasında hərbi savaş bitsə də, təbliğat, təşviqat, informasiya mübarizəsi davam edir. Və bu, ona görə davan edir ki, Ermənistan dövləti öz öhdəliyindən yayınır, başqa havadarlar və dəstəklər arayır, milli maraqlarını və xalqının asudə yaşamını nəzərə almır.

İlham Əliyev hər zamankı kimi, yenə də sülhə və gərginlikləri yox etməyə çağırır dünya dövlətlərini. Heç bir təsisata güvənmədən ayaq üstə dayanmağın, güclənməyin, öz taleyinin sahibi olmağı bacarmanın yollarını nişan verir: “...əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.

XII Qlobal Forum Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ideyaların toqquşmasına rəvac verən platforma olaraq dəyərləndirilir. İlk növbədə, foruma qatılan 50-də artıq sabiq dövlət və hökümət başçılarının siyasi potensialına, təcrübə və biliklərinə inamla yanaşmaq, bu təcrübələrdən xoş məramlar istiqamətindən yararlanmaq meylini meydana qoyur. İkinci mühüm məqam, fikir plüralizminin önə çəkilməsidir. İlham Əliyevin panellər arasında gedən qızğın müzakirələrin ümumi işin xeyrinə olacağını vurğulaması bu baxımdan səbəbsiz deyil. Çünki böyük ideyalar adətən fikir müxtəlifliyi və müzakirələrin mövcud olduğu şəraitdə hasilə gəlir.

Bütün yönləri ilə birlikdə XII Qlobal Forum Azərbaycan dövlətinin müsbət imecinin güclənməsinə xidmət edən platforma olaraq xalqlar arasındakı nizama və sülhə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi həm bunu mühüm amil olaraq dünyanın gözü önünə sərmək, həm də ona aparan yolun nümunəsini meydana qoymaq baxımından müstəsna qürur və dəyər faktıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri