Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

1 AVQUST ANA DİLİ: MİLLƏT VƏ DÖVLƏT OLMAĞIN BAYRAMI

1 AVQUST ANA DİLİ: MİLLƏT VƏ DÖVLƏT OLMAĞIN BAYRAMI

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ana dili – səsimizdən boy verən milli ruh

Hər bir xalqın taleyi onun dilində yazılır. Sözlər yalnız fikrin deyil, həm də ruhun daşıyıcısına çevriləndə dil sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxır, milli yaddaşın, mədəni kimliyin, tarixi varlığın daşıyıcısına çevrilir. Ana dili ana laylasında eşidilən ilk səs, baba nəsihətində qalan hikmət, xalqın öz ömrünü dilə gətirdiyi yaddaş kitabıdır. Ana dili köksümüzdə döyünən tarix, qulaqlarımızda duyulan yurd nəfəsidir. Bu dilin səs ahəngində bayatı, nağıl, şəhid kəlamı, ana duası var. Millətin varlıq nişanəsi – bu dil itərsə, millət susar; millət susarsa, tarix dinməz olar. Tarix bu dilə az sınaqlar yaşatmadı: bəzən yad əlifbalarla yazıldı, bəzən yad ideologiyaların təzyiqi altında sıxıldı, amma heç vaxt susmadı. O, Mirzə Fətəlinin qələmində sual oldu, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin satiralarında qiyam oldu, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının misralarında hayqırışa çevrildi. Hər dəfə ayağa durdu, silkələndi, toparlandı və hər dəfə varlığını təsdiqlədi.

1 Avqust – Azərbaycan dili və Əlifbası günü təkcə bir təqvim tarixi deyil. Bu gün bizə ana dilimizin – Azərbaycan dilinin müqəddəsliyini, onu qorumağın, yaşatmağın bir vətəndaşlıq borcu olduğunu xatırladır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncamla rəsmiləşdirilən bu gün, təkcə rəsmi sənədin yox, xalqın, millətin qəlbindəki dil sevgisinin təntənəsidir. Dövlət bayramı kimi rəsmiləşdirilən bu (təqvim) tarixin(in) özündə daşıdığı tarixi-mənəvi-linqvistik məzmun-mündəricənin ana dilinə “tərcümə”si Azərbaycan dili – milli varlığın nəfəsi, bir xalqın özünədönüş yolu kimi anlaşılmalıdır. Belə anlaşılmalıdır ki, bu dil yalnız ünsiyyət vasitəsi deyil, ruhumuzun pəncərəsidir, milli ruhumuzun səsidir, səsimizdən boy verən milli ruhdur, tariximizlə gələcəyimiz arasında körpüdür.

“Dilini itirən millət, kimliyini də itirər”, “Dil olmayan yerdə millət də yoxdur” məzmunlu fikirlər o anlama gəlir ki, xalqımız tarixən dilinə sahib çıxmağı, onu göz bəbəyi kimi qorumağı öz ruhunda kodlaşdırmışdır. Eyni zamanda yuxarıdakı kəlamlar sadəcə xəbərdarlıq deyil, bir xalqın öz varlığını qoruma çağırışı kimi də qəbul edilməlidir. Bu baxımdan dilimizin qorunması təkcə dilçilərin, dili öyrədən müəllimlərin deyil, bütün cəmiyyətin və hər bir vətəndaşın borcudur.

Bu gün Azərbaycan dili yalnız evdə, məktəbdə, ədəbiyyatda deyil, həm də Konstitusiyanın sətirlərində qorunur. Dövlət dilimiz olan bu dil, sadəcə hüquqi status qazanmıyıb, xalqın qəlbində möhkəmlənib, sətirlərə, ekranlara, tribunalara köçüb. Dövlət dili statusunda olmaq dilin təkcə qanunlarla deyil, həm də qəlblərlə qorunması deməkdir. Belə bir məsuliyyət hər kəsin çiynindədir – müəllimin dərsliyində, jurnalistin qələmində, ziyalının fikrində, xalqın gündəlik sözündə yaşayır.

Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünyanın dörd bir yanına səpələnmiş milyonlarla soydaşımız üçün də birləşdirici ruh və kimlik faktorudur. O, sərhədlərdən uca, siyasi coğrafiyalardan daha geniş bir anlayışdır, milli yaddaşın, mənəvi qohumluğun, mədəni varlığın ifadəsidir. Elə buna görə də bu dilə sahib çıxmaq, onu yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının həm mənəvi borcu, həm də varlıq zəmanətidir.

Əlifba – vizual yaddaş kodu

Əlifbaya sadəcə hərflər toplusu deyil, bir xalqın özünü necə gördüyü, necə göstərdiyi və gələcək nəsillərə nəyi miras qoymaq istədiyi kontektində yanaşmaq lazımdır. Hər əlifba dəyişməsi, əslində, yalnız qrafik sistemin yox, milli təfəkkürün də transformasiyası deməkdir.

Azərbaycan xalqı son iki əsrdə üç əlifba sistemi ilə tanış olub: ərəb qrafikasından latına, sonra kirilə, daha sonra yenidən latın əlifbasına keçid. Bunlar təsadüfi dəyişikliklər deyildi. Hər biri tarixi-siyasi kontekstin, ideoloji təzyiqlərin və mədəni hədəflərin nəticəsi idi.

Ərəb qrafikası klassik ədəbiyyatımızın, dini və fəlsəfi irsimizin mirasıdır. Füzulinin, Nəsiminin, Xətainin və digər ünlü söz adamlarının milli-poetik dünyalarını kodlaşdıran hərf sistemi olmaqla yanaşı, eyni zamanda mədəni köklərimizə aparan bir yol, kimliyimizə açılan qapı oldu.

1929-cu ildə qəbul edilən birinci latın əlifbası sovet modernizminin tələbi ilə uyğunlaşdırılsa da, bu dəyişiklik cəmiyyətin dünyəviləşməsi və maariflənməsi baxımından mühüm mərhələ oldu.

1940-cı ildə kiril qrafikasına keçid siyasi-ideoloji bir manevri simvolizə edirdi. Belə bir məkrli manevrin sonucu olaraq, yazılı irsimiz parçalandı, nəsillərarası ünsiyyət körpüləri dağıdıldı. Bu qrafika ilə yazan nəslin kitabxanalarda sükuta qərq olmuş xeyli ədəbiyyatı var indi. Millət üçün öz keçmişindən uzaqlaşma, yadlaşma təhlükəsi yarandı.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti, öz milli yaddaşına, mədəni kimliyinə qayıdışı prioritetə çevirdi. 1992-ci ildən etibarən latın qrafikalı əlifbaya keçid prosesi başlandı və 2001-ci ildə 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi rəsmiləşdirildi. Bu hadisə sadəcə texniki dəyişiklik yox, milli-ideoloji mövqenin ifadəsi idi. Latın qrafikası dünya sivilizasiyasına açılan pəncərə, beynəlxalq informasiya cəmiyyətinə inteqrasiya vasitəsi, eyni zamanda Azərbaycan dilinin fonetik sisteminə uyğun gələn səs-görünüş harmoniyasıdır. Bu gün bu əlifba ilə yazırıq. O, bizim nəinki texniki-texnoloji ünsiyyətimiz, həm də milli-mədəni ruhumuzun gələcəyə daşıyıcısıdır. Əlifba millətin vizual pasportudur, hərfləri ilə tarixin səsini daşıyır. Əlifbanı dəyişmək sadəcə hərfləri yox, insanların, millətlərin talelərini dəyişməkdir.

Azərbaycan dili yeni texnologiyalar dövründə: çağırışlar və fürsətlər

XXI əsr texnologiyaların, süni intellektin, rəqəmsallaşma və informasiya bolluğunun hökm sürdüyü bir çağdır. Bu dövr dillərə həm geniş imkanlar açır, həm də ciddi təhdidlər gətirir. Başqa sözlə desək, kodların, alqoritmlərin, rəqəmsal sükutun hökm sürdüyü indiki dövrdə, dil ya yüksəlişə, ya da unuduluşa aparan cığırın astanasındadır. Zaman dəyişir, insan dəyişir, amma ana dilinə münasibət və sevgi dəyişməməlidir: o, günbəgün qloballaşan və sürətlə dəyişən dünyada sabit mənəvi koordinat, daxili kompas kimi qalmalıdır. Yeni texnoloji çağırışlar, eyni zamanda, ana dilimizin varlığı və gələcəyi üçün yeni sınaqlardır. Texnologiyalar inkişaf etdikcə, qlobal iqtisadi və siyasi gücə sahib xalqlar real və virtual aləmi öz dillərinin əsarətində saxlayır, digər dillərin mövqeyini zəiflədir. Bu prosesdə, əgər milli dillər dövrün çağırışlarına çevik və yaradıcı şəkildə uyğunlaşa bilirlərsə, onların meydanı daralmır, əksinə, genişlənmə fürsəti qazanır. Bu gün Azərbaycan dili də məhz belə çağırışların mərkəzində dayanır. Biz, bir toplum olaraq, dilimizi sosial mediada, süni intellekt platformalarında, tərcümə sistemlərində, elektron təhsildə, milli korpus və leksikoqrafik layihələrdə yaşatmaq və inkişaf etdirmək imkanına malik xalqıq. Lakin bunun üçün dilə təkcə duyğusal bağlılıq kifayət etmir. Bu proses dilə texnoloji hazırlıq və keçid, elmi yanaşma və vətəndaş təşəbbüsü tələb edir. Nəzərə alaq ki, yazdığımız hər “status”, paylaşdığımız hər “şərh” dilimizin rəqəmsal yaddaşını formalaşdırır. Ana dilini virtual məkanda bütün qüdrəti, gücü ilə yaşatmaq vətəndaşlıq borcudur. Azərbaycan dilində proqramlaşdırma, lokalizasiya, avtomatlaşdırılmış tərcümə sistemləri, dil texnologiyaları artıq yalnız alimlərin deyil, həm də gənc nəsil texnokratların məsuliyyət sahəsini genişləndirir. Unutmayaq ki, hər yeni texnologiyada dil görünməzsə, gələcəkdə millət görünməz olar. Bu səbəbdən, Azərbaycan dilinin rəqəmsal müstəvidə tamhüquqlu iştirakını təmin etmək strateji hədəf olmalıdır. Rəqəmsal platformalarda, süni intellekt sistemlərində, proqram təminatlarında Azərbaycan dilinin təmsil olunması hələ də məhdud çərçivədədir. Bu isə dilin yalnız sosial sferada yox, texnoloji müstəvidə də qorunmasının vacibliyini göstərir.

Çağdaş dövrün çağırışları bir həqiqəti anlamağa təşviq edir: əgər bir dil virtual məkanda yoxdursa, gələcəkdə gerçək dünyada da zəifləyə bilər. Məhz buna görə, müasir çağırışlar qarşısında bizə düşən vəzifələr çoxşaxəlidir: a) Azərbaycan dili tərcümə alqoritmlərində, səstanıma və mətn analizi sistemlərində aktiv iştirak etməlidir; b) Azərbaycan dilinin rəqəmsal lüğətləri, milli korpusu, dil modelləri hazırlanmalıdır; c) ali və orta təhsil müəssisələrində dil texnologiyalarının tətbiqi və tədrisi genişləndirilməlidir; d) Ən əsası, gənc nəsil sosial şəbəkələrdə, media məkanında ana dilində düşünməyə və yazmağa təşviq edilməlidir.

Qorxulu cəhət o deyil ki, dünya dəyişir. Qorxulusu odur ki, bu dəyişmədə dillər arasında mübarizədə dilimiz mövqeyini itirə bilər. Əgər ana dilimizi sevdiyimiz qədər, texnologiyada da yaşatmağı bacarsaq, mənzərə fərqli olacaq. Əgər bir dil texnoloji olaraq kodlara yazılırsa, süni intellektin yaddaşına hopursa, rəqəmsal platformalarda öz lüğətini, qrammatikasını, ahəngini qoruyub saxlayırsa, deməli, o dil müasir dövrün ritminə uyğun nəfəs alır. Artıq o dil yalnız danışılmır, həm də texnoloji oxunur, yazılır, tərcümə olunur, tanınır, seçilir, sevilir. Bu isə sadəcə texnoloji uyğunlaşma deyil, milli varlığın informasiya əsrinə uğurlu inteqrasiyasıdır. Belə proses təkcə texniki-texnoloji çevrilmə deyil, bütöv bir mədəniyyətin, düşüncə sisteminin, tarixi yaddaşın gələcəyə ötürülməsi deməkdir. Çünki dil özünəməxsusluq kodudur. Hər bir xalq üçün dil-texnologiya inteqrasiyası, həm də onun qlobal məkanda kimliklə təmsil olunması anlamına gəlir. Bu, sadəcə texnologiyaya uyğunlaşmaq deyil, müasir dünyada (fərqi yoxdur, real və ya virtual) öz yerini almaq, səsini eşitdirmək, sözünü deməkdir.

Ana dilimiz bizim milli kimliyimizin, tarixi yaddaşımızın və gələcək inkişafa olan inamımızın təməlidir. O həm keçmişin mirası, həm bu günün mənəvi dayağı, həm də gələcəyin səsi olmalıdır. 1 Avqust – Azərbaycan dili və əlifbası günü təkcə bir təqvim bayramı deyil, milli ruhun, dövlət müstəqilliyinin və mədəni suverenliyin təntənəsidir. Bu dildə danışmaq şərəfdir, onu yaşatmaq isə məsuliyyətdir.

İlham TAHİROV, Filologiya elmləri doktoru


BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri