Icma.az
close
up
RU
Qalmaqallı görüntüləri yayılan cərrah işdən KƏNARLAŞDIRILDI YENİLƏNİB

Qalmaqallı görüntüləri yayılan cərrah işdən KƏNARLAŞDIRILDI YENİLƏNİB

Icma.az bildirir, Modern.az portalına istinadən.

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.

Modern.az xəbər verir ki, bununla bağlı "German hospital"ın direktor müavini Səftər Əliyev Oxu.Az-a açıqlamasında bildirib.

"Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni bütün bu araşdırmalar tam yekunlaşdırılıb, qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, yoxsa yox?" - deyə S.Əliyev bildirib.

"Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktiki söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək", - deyə direktor müavini əlavə edib.

***

16:12

Bakı yerləşən özəl xəstəxanlardan birində həkim əməliyyat zamanı doğum gününü qeyd edib. Hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrah mama-ginekoloqu Ləman Əliyeva olub.

Məsələ ilə bağlı araşdırma aparılır. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, həkimlər çətin peşə sahibləri kimi təbii ki, diqqət göstərilməyə və öz iş yerlərində normal atmosfer yaratmaq kimi haqlara malikdirlər:

“Amma bir məsələ vardır ki, həkim deontologiyası, tibb müəssisəsini daxili nizam intizam qaydaları vardır. İstər dövlət istərsə də özəl tibb müəssisəsində əməliyyatxanaya daxil olmaqla bağlı məhdudiyyətlər nəzərə alındıqda bu görüntülər təbii ki, xoş mənzərə deyil. Üstəgəl xəstənin görüntüsünün paylaşılmaması kimi həkimlərin üzərinə götürdüyü öhdəlik var. Məncə, bunlar normal görüntülər deyil, hər halda bu görüntülər tibb müəssisəsində yolverilən görüntülər deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri