Icma.az
close
up
RU
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı

Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Bütün insanların ən böyük istəyi görülməkdir”.

Bu sözləri psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, burada söhbət sadəcə ekran qarşısında görülməkdən deyil, işlərinin görülməsindən gedir:

“İnsanın təbiətinin tələbi görülmək, qiymətləndirilməkdir. Yəni hamının yaşadığı həyatın bir şahidi olmalıdır. Bir yaxın şahidi tapa bilməyəndə min uzaq şahidə ehtiyacımız olur. Bu, ata, ana, həyat yoldaşı kimi ailə üzvlərimiz ola bilər.

Birinci dərəcəli yaxın ailə üzvlərimiz etdiklərimizi görməyəndə özümüzü yaxşı hiss etmirik. Əgər təqdir gözlədiyimiz insan bizi görmürsə, milyon izləyici belə o boşluğu doldura bilmir”. 

Ekspert qeyd edib ki, bu insanların həyatları araşdırılsa, əsas təqdir görməli adamlardan təqdir görmədikləri ortaya çıxacaq:

“Hər kəsin təqdir görməsi lazım olan yer fərqli olur. Bunu özləri müşahidə edərək tapa bilərlər. Birinci dərəcəli şahidləri olmayanda insanlar bu boşluğu sosial şəbəkədə doldurmağa çalışırlar. Etdiklərinin minlərlə insanın görməsi üçün fenomen olmaq istəyirlər”.

Onun sözlərinə görə, sosial şəbəkədə fenomen olmaq normadan çox görülmə arzusundan qaynaqlanır:

“Məsələn, kimsə qapalı profildə bir paylaşım edəndə onu 5-10 nəfər görür, amma tanınanda fotolarını minlərlə insan görür. Çünki artıq kənardan görülməyə ehtiyac duyurlar. Bəlkə də çox insan tərəfindən bəyənilsə, təqdir görülmək istədikləri adam da bunu edər deyə düşünürlər. İnsan sosial şəbəkədə nə qədər çox adama çatmaq istəyirsə, şahidi olmaq istədiyi adamdan uzaqlığı bir o qədər çoxdur.

O, artıq milyonlara çıxmaq istəyir. Hesab edir ki, istər-istəməz ata-ana, həyat yoldaşı kimi ailə üzvü də haqqında “bacardı” deyəcək. Yəni bu, təqdir olunma hissinin bizi gətirdiyi nöqtədir”.

Əfsanə Rüstəmova diqqətə çatdırıb ki, bir müddət öncə sosial şəbəkənin həqiqətən gəlir gətirdiyi təsdiq olunduğu üçün öz içindəki obrazlarının utanılacaq tərəf kimi yox, uğur gətirəcək tərəf kimi görürlər:

“O kimlikləri ilə ortaya çıxmağa başladılar. Məsələn, bugünə qədər hamı “arvadağız” insanları qınayırdı. Lakin sosial şəbəkə “arvadağız” dediyimiz kişilər çox rahatlıqla o tərəflərini obraz kimi satıb, pul qazana bilirlər. 

Onların bu günə qədər utanıb, gizlətdiyi, lağ olunan tərəflərini bu gün sosial şəbəkədə “qəhrəman”a çevirib, ona gəlir gətirir. Sosial şəbəkə vasitəsilə utanılan tərəflərinin onlara çox qatqı gətirən tərəfləri olduqlarını anladılar. Normalda isə bunu anlamaq uzun və çətin prosesdir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Psixoloq Əfsanə Rüstəmova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri