Qanda dəmir çatışmazlığının 7 ƏLAMƏTİ
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər.
Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik və konsentrasiya qabiliyyətinin azalması kimi özünü göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatı dəmir defisitli anemiyanı dünyada ən çox yayılmış qida çatışmazlığı kimi tanıyıb. Qeyd edilib ki, bu problem əhalinin 30%-ni əhatə edir.
Diyetoloqlar bədəndə dəmir çatışmazlığının ən çox görülən əlamətləri kimi daimi yorğunluq, koylonixiya - dırnağın deformasiyası, daimi üşümə, diqqət və konsentrasiyanın azalması, yuxunun pisləşməsi, artan narahatlıq, qida dəyəri olmayan maddələrə (buz, gil, nişasta və sairə) istəyi qeyd ediblər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















