Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Qanla yazılan istiqlal yolu: 20 Yanvar ŞƏRH

Qanla yazılan istiqlal yolu: 20 Yanvar ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın müasir tarixinə həm böyük bir faciə, həm də qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunmuş 20 Yanvar hadisələrindən artıq 36 il ötür. 1990-cı ilin yanvar ayında baş verən qanlı qırğın,

xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönüm nöqtəsinə çevrilmişdir. Həmin gecə — 1990-cı il yanvarın 19-dan 20-nə keçən sarsıntılı gecə, keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə

sovet ordusunun ağır hərbi texnikası və xüsusi təyinatlı silahlı dəstələri Bakıya yeridilərək dinc, əliyalın insanlara qarşı misli görünməmiş divan tutuldu.

Bu müdaxilə beynəlxalq hüquq normalarını, insanlıq prinsiplərini və dövlətin suverenlik hüquqlarını kobud şəkildə pozaraq, tarixə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi düşdü. O gecə Vətəninin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda ayağa qalxan yüzlərlə günahsız vətəndaş şəhid oldu, minlərlə insan yaralandı, yüzlərlə ailə əzab və dərd içində qaldı. Lakin sovet silahlarının səsinə qarşı yüksələn xalqın sarsılmaz iradəsi, zülmə qarşı faciə içərisindən doğan bu qəhrəmanlıq, sonrakı illərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün mənəvi bünövrəyə çevrildi.

20 Yanvar təkcə matəm günü deyil — bu tarix Azərbaycanın istiqlal yolunun başlanğıcı, azadlıq hərəkatının dönməzliyinin rəmzidir. Totalitar imperiyanın qanlı siyasəti xalqımızın ruhunu qıra bilmədi. Əliyalın insanların tankların qarşısına çıxaraq azadlıq uğrunda sinə gərməsi bütün dünyaya bəyan etdi ki, azadlıq sevgisi hər bir silahın gücündən daha qüdrətlidir. Bu, xalqımızın əyilməzliyi, milli qeyrəti və vətənpərvərlik duyğusunun parlaq təzahürü idi. Məhz həmin günün şəhid qanı ilə yazılmış qəhrəmanlıq salnaməsi 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün ideoloji və mənəvi dayaq oldu.

Ümummilli Lider Heydər Əliyev bu faciəyə ilk obyektiv və siyasi-hüquqi qiyməti vermiş böyük tarixi şəxsiyyət oldu. O, Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, həyatını təhlükəyə ataraq Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək 20 Yanvar hadisəsini açıq şəkildə pislədi, bu faciəni həyata keçirənlərin cəzalandırılmasını tələb etdi. Ulu Öndərin cəsarətli mövqeyi xalqın səsinə çevrildi, hadisələrin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.

Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz şəhid ailələrinin, 20 Yanvar qazilərinin və Vətən uğrunda fədakarcasına can qoyanların ailələrinin sosial müdafiəsini hər zaman diqqət mərkəzində saxlayır. Onların xatirəsi əziz tutulur, adları, qəhrəmanlıq nümunələri daim uca tutulur.

Bugünkü müstəqil və qalib Azərbaycan 20 Yanvar şəhidlərinin müqəddəs amallarının reallaşmasının canlı sübutudur. Bu gün ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etmiş, illərlə həsrətində olduğu torpaqları azad etmişdir. Bu, şəhidlərimizin ruhuna ən böyük ehtiram, onların yoluna sadiqliyimizin təzahürüdür.

Biz 36-cı ildönümdə bir daha qətiyyətlə bəyan edirik ki, 20 Yanvar xalqımızın yaddaşından heç vaxt

silinməyəcək; bu tarix hər bir azərbaycanlının qəlbində vətənpərvərlik məktəbi kimi yaşayacaq, gələcək nəsillərə mübarizə və milli dəyərlərə sədaqət nümunəsi olacaqdır.

Bu gün biz Şəhidlər Xiyabanına üz tutarkən təkcə yas saxlamırıq. Biz həm də şəhidlərimizin müqəddəs ruhu qarşısında hesabat veririk. Qanları bahasına qazandığımız azadlığın bu gün möhkəm və sarsılmaz olması, üçrəngli bayrağımızın müstəqil səmasında qürurla dalğalanması onların fədakarlığının, qəhrəmanlığının bəhrəsidir.

20 Yanvar — bizim həm dərdimiz, həm də qürur mənbəyimizdir. Bu faciədən biz güc aldıq, bir yumruq kimi birləşdik, milli oyanışın bərqərar olduğunu sübut etdik və bu birliyimiz bizi böyük Zəfərlərə apardı. Xalqımızın azadlıq uğrunda göstərdiyi bu rəşadət bu gün də hər bir gənc üçün vətən sevgisinin, milli həmrəyliyin və əxlaqın örnəyidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nərmin Azadova

YAP Yasamal rayonu “H.B. Zərdabi küç. 96” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri