Qanlı Yanvar qurbanlarının xatirəsi Qusarda da ANILDI FOTO/VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü Qusar rayonunda ehtiramla yad edilib. Səhər saatlarında Qusar başçısı Sahir Məmmədxanov hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə veteranları ictimaiyyət nümayəndələri, Şəhidlər Xiyabanında və Qarabağ münaqişəsində canını fəda edən qusarlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib, xatirə kompleksi önünə tər güllər düzüblər.
Sonra Qusar şəhər Mədəniyyət Mərkəzində yazıçı-jurnalist Rafiq Səməndərin "Şəhidlər" əsəri əsasında hazırlanmış "20 Yanvar şərəf və qəhrəmanlıq tariximiz" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qusar Dövlət Ləzgi Dram Teatrının baş direktoru və rejissoru Faiq Qardaşovun quruluş verdiyi səhnə iştirakçılarını 35 il əvvələ aparıb, aktyorların ifasında təsirli anlar yaşanıb.
Saat 12.00-da 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















