Icma.az
close
up
RU
Qanundakı yeni dəyişikliklər dönüş nöqtəsi hesab edilə bilər Vüqar Zifəroğlu

Qanundakı yeni dəyişikliklər dönüş nöqtəsi hesab edilə bilər Vüqar Zifəroğlu

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Milli Məclisinin “Media haqqında” qanuna qəbul etdiyi son dəyişikliklər ölkənin informasiya siyasətində mühüm dönüş nöqtəsi hesab edilə bilər. Bu dəyişikliklər media etikası və peşəkarlığının gücləndirilməsi, həm də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bildiyimiz kimi, qanunvericilikdə ilk dəfə olaraq media subyekti anlayışı dəqiq şəkildə müəyyənləşdirilir. Bu addım yalnız media subyektlərinin hüquqi statusunun və məsuliyyətinin aydınlaşdırılmasına dəqiqlik gətirmir, eyni zamanda peşəkar və qeyri-peşəkar media resurslarının ayırd edilməsinə, qanun qarşısında cavabdehlik və stimulların obyektiv bölüşdürülməsinə şərait yaradır ki, bu da olduqca vacib məqamdır. Bu, xüsusilə sosial şəbəkələrdə və saytlarda fəaliyyət göstərən qeyri-rəsmi, “klon” media səhifələrinin qarşısının alınmasında mühüm rol oynaya bilər”.
Bunu Demokrat.az-a açıqlamasında bu sözləri Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. O bildirib ki, Qanunun 14-cü maddəsinə isə saxta məlumatların dərc edilməsinə yol verilməməsi ilə bağlı norma əlavə edilməsi hüquqi cəza mexanizmlərinə yol açır:
“Bu, informasiya mühitinin çirklənməsinin qarşısının alınması, jurnalistlərin peşəkar reputasiyasının qorunması, cəmiyyətin doğru məlumat almaq hüququnun təmin olunması baxımından vacibdir. Edilən dəyişiklik həmçinin dezinformasiyaya qarşı mübarizə üçün institusional və normativ baza da yaradır və dövlətin informasiya təhlükəsizliyi strategiyasının tərkib hissəsinə çevrilir.
Qanuna əsasən, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri də media subyekti hesab olunacaq. Bu dəyişiklik xarici media qurumlarının fəaliyyətinə nəzarətin artırılması ilə yanaşı, onların məsuliyyət daşıyan aktorlar kimi tanınması və hüquqi tənzimləmələrə cəlb olunması üçün əsas yaradır. Beləliklə, bununla da informasiya mühitində transsərhəd pozuntulara qarşı daha təsirli tədbirlər görmək mümkün olur”.
Vüqar Zifəroğlu həmçinin bildirib ki, redaksiyaların adlarının eyni və ya oxşar olmasının, etik və mənəvi cəhətdən zidd ifadələrin istifadəsinin qadağan edilməsi isə media brendlərinin hüquqi qorunmasına, oxucuların çaşdırılmasının qarşısının alınmasına, rəqabətin sağlam əsasda qurulmasına xidmət edir:
“Bu, eyni zamanda kiberdələduzluq və media brendinin saxtalaşdırılması hallarına qarşı hüquqi müdafiəni gücləndirir.
İnformasiya agentliklərinin peşəkar fəaliyyətini artırmaq üçün qoyulan tələblər – məsələn, 20 media subyekti ilə müqavilə, 5 xarici ölkədə jurnalist akkreditasiyası, məlumatların 80 %-nin agentlik tərəfindən istehsalı – media bazarında yalnız real və orijinal informasiya istehsalçılarını stimullaşdırır və ölkənin informasiya ixrac potensialını artırır.
Bütövlükdə qeyd edə bilərik ki, edilən dəyişikliklər Azərbaycan mediasının normativ mühitinin təkmilləşdirilməsi, etik və hüquqi məsuliyyət çərçivəsinin genişləndirilməsi, qlobal informasiya mübarizəsinə daha hazırlıqlı şəkildə daxil olması və ictimai etimadın və peşəkarlığın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu islahatlar, xüsusilə postfaktual dövrdə – yəni yalanın fakt kimi təqdim edildiyi, dezinformasiyanın siyasi və ictimai təhlükəyə çevrildiyi bir zamanda – cəmiyyətin informasiya suverenliyini qorumaq üçün əhəmiyyətlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri