Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qanuni nikah xalqımızın sağlam gələcəyini sığortalayır

Qanuni nikah xalqımızın sağlam gələcəyini sığortalayır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qohum nikahlarının qadağan edilməsinə dair cəmiyyətin reaksiyası və qanunun əsaslandırılması ilə bağlı izahat-maarifləndirmə işi davam edir. Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova söhbətə uzun müzakirələrdən sonra qohum nikahların qadağasının qanuniləşdirilməsi və bununla bağlı mədəni, hüquqi və tibb yönlərdə zəruri tədbirlərin önəmini vurğulamaqla başladı:

– 2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən etibarən qüvvəyə minən qohum evliliklərini qadağan edən qanun ölkəmizdə geniş ictimai rezonansa səbəb oldu. Qanunun məqsədi və tətbiq mexanizmi aydın şəkildə müəyyənləşdirilsə də, ictimai müzakirələr göstərdi ki, bu sahədə hələ də müəyyən subyektiv yanaşmalar, yanlış təsəvvürlər və stereotiplər mövcuddur. Mövcud vəziyyəti təhlil edərək həm qanunun qəbul zərurətini, həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə obyektiv şəkildə çatdırmaq vacibdir.

Qanunun qəbuluna zəmin yaratmış real təhlil və araşdırmalarla bağlı onu bildirim ki, qohum nikahlarının qadağan olunması bir gündə verilmiş qərar deyil. Bu dəyişiklik, illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmanın nəticəsidir. Tibb mütəxəssisləri dəfələrlə bildirmişlər ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır.

Yad insanların nikahı zamanı qüsurlu uşaq doğulma riski 2–4 faiz olursa, qohum nikahlarında bu risk 4–8 faizə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır.

Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə proaktiv tədbirlər görməkdir.

– Problemin hüquqi perspektivləri baxımından insan hüquqları və ictimai rifah arasındakı tarazlığa və qohumluq dərəcələrinə görə qanun necə şamil olunur?

– Bəzi şəxslər tərəfindən səsləndirilən “Bu qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı deyil. Beynəlxalq hüquq normaları – xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur.

Bir məsələni xüsusi olaraq qeyd etməliyik ki, qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur.

Qadağanın şamil edildiyi hallar bunlardır: 1. Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları (əmioğlu, xalaoğlu və s.). 2. Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikah.

Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə müəyyənləşdirilmişdir.

Qeyri-rəsmi evliliklərin sosial və hüquqi fəsadlarından söz açan Taliyə xanım qeyd etdi ki, qanuna qarşı yönəlmiş daha bir iddia qeyri-rəsmi nikahların artması ilə bağlıdır. Cəmiyyətə bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar ər və arvad statusu yaratmır. Vərəsəlik, aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir. Uşaqların hüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə, qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir, əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır. Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara bilər:

– İlkin müşahidələr göstərir ki, əhali arasında bu qanuna münasibət birmənalı deyil.

– Bir qisim insan qanunu alqışlayır və gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi dəyərləndirir. Digər qisim isə, xüsusilə, bəzi regionlarda, bu qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi qəbul edir.

Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə bilər.

Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq müstəvisində hər zaman üstün tutulur.

Bu səbəbdən, sözügedən qanun dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir.

Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur. Çünki bütün hallarda qanun subyektiv yanaşmalardan üstündür.

– Açıqlamaya görə sağ olun.

Söhbəti hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri