Icma.az
close
up
RU
Qanuni oğru olduğuna görə 9 il həbs cəzası verildi

Qanuni oğru olduğuna görə 9 il həbs cəzası verildi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Krasnoyarsk Vilayət Məhkəməsi “Şarap Kazanski” ləqəbi ilə tanınan “qanuni oğru” Kazandan olan 43 yaşlı Vladislav Qraçev barəsində hökm elan edib.

Lent.az xəbər verir ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Krasnoyarsk həbsxanasına gətirildikdən sonra onun qeyri-qanuni statusu hüquqi qiymətləndirilib və Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaq”) üzrə cinayət işi açılıb. Maddə üzrə maksimal cəza 15 ilədək azadlıqdan məhrumetmədir.

Çelyabinsk vilayətindəki həbsxanada cəza çəkən Qraçev ümumi qəbul olunmuş davranış qaydalarını rədd edərək cinayət aləminin “ənənə və qaydalarına” sadiq qalmaqla iyerarxiyada ən yüksək mövqeni tutmağa çalışıb.

Onun bu statusu “qanuni oğrular” tərəfindən tanınıb və o, cinayət iyerarxiyasında ən yüksək mövqedə olan şəxs kimi qəbul edilib. Bu, onun dizlərinin altında yerləşən xüsusi döymələrlə də təsdiqlənir. İstintaqın məlumatına görə, Qraçev hüquq-mühafizə orqanlarına da tabe olmayıb. 

Qeyd olunur ki, belə statuslara dövlət səviyyəsində qadağa tətbiq edilsə də, o, bundan imtina etməyib. Ulyanovskdan Krasnoyarska qədər müxtəlif həbsxanalarda cəza çəkərkən də öz kriminal təsirini davam etdirib.

İstintaq müəyyən edib ki, o, “kamera”da yeni gələn məhbuslara “qaydaları” izah edir, özü və tərəfdarları barədə danışmağı qadağan edir və itaətsizlik halında cəza ilə hədələyirmiş. O, hətta bir məhkumu açıq şəkildə iyerarxiyada aşağılayaraq öz nüfuzunu nümayiş etdirib.

Məlum olub ki, Qraçevin zorlama nəticəsində yoluxucu xəstəliyə yoluxdurma kimi bir sıra maddələr üzrə silinməmiş məhkumluqları da var. 

2009-cu ildə Tatarıstan Ali Məhkəməsi Qraçevi bu cinayətlərə görə 20 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edib. Hazırda o, Krasnoyarsk vilayətindəki müəssisədə saxlanılır.

Dövlət ittihamını şəxsən vilayət prokuroru Roman Tyutyunik müdafiə edib və o, Qraçev üçün xüsusi rejimli həbsxanada 10 il cəza istəyib.

Məhkəmə isə Vladislav Qraçevi təqsirli bilərək əvvəlki cəzasına əlavə olaraq 8 il 6 ay həbs cəzası verib. Nəticədə ümumi cəza 9 il 6 ay müəyyən edilib və əlavə olaraq 1 il azadlığın məhdudlaşdırılması tətbiq olunub. Cəza ciddi rejimli islah müəssisəsində çəkiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Aprel 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri