Qanuni oğru olduğu üçün 10 il həbs cəzası aldı
Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Tver Vilayət Məhkəməsində Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) ilə ittiham olunan 66 yaşlı yerli sakin barəsində hökm çıxarılıb.
Lent.az xəbər verir ki, kriminal aləmdə “Volçok” ləqəbli “qanuni oğru” Sergey Komunyayev 1994-cü ildən etibarən kriminal submədəniyyəti dəstəkləyib, “oğru ideyaları”nı təbliğ edib və cinayət aləminin nümayəndələrini bu ideyalar ətrafında birləşdirib.
İttihama əsasən, o, həm azadlıqda olduğu müddətdə, həm də cəzaçəkmə müəssisələrində təsir dairələrini bölüşdürüb, “nəzarətçilər” təyin edib, məhkumlar arasında yaranan münaqişələri yoluna qoyub və müxtəlif idarəetmə qərarları verib.
Bundan əlavə, kişi tabeliyində olan şəxslər vasitəsilə kriminal “obşak” üçün vəsaitlərin toplanmasına nəzarət edib, fondun doldurulması və pulların bölüşdürülməsi ilə bağlı göstərişlər verib.
Məhkəmənin hökmü ilə 66 yaşlı şəxs xüsusi rejimli cəzaçəkmə müəssisəsində 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət yolu ilə əldə edildiyi müəyyənləşdirilən 30 min ABŞ dolları və 20 min avro isə dövlət nəfinə müsadirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Avqust 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















