Icma.az
close
up
RU
Qanunsuz maliyyə şəbəkəsinə qarşı şok əməliyyat Milyonluq dövriyyənin gizlinləri

Qanunsuz maliyyə şəbəkəsinə qarşı şok əməliyyat Milyonluq dövriyyənin gizlinləri

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb. Belə ki, bu sahədə bəzi qanun pozuntuları faktları aşkarlanıb, müəyyən təşkilatların rəhbərləri həbs edilib. Onlar xaricdən qeyri-şəffaf şəkildə qrant almaqda təqsirləndirilirlər. Digər tərəfdən, ölkədə iki ilə yaxındır, xarici maliyyə axını, bir sıra Qərb ölkələrinə bağlı şəbəkələr barədə tədbirlər davam edir.

Burda əsas məqsəd qeyri-leqal yollarla ölkəyə maliyyə cəlb etməyin qarşısını almaqdır. Azərbaycan dövləti 2014-cü ildən başlayaraq xarici donorların ölkəyə bu və ya digər yollarla maliyyə yönəltməsinə qarşı sərt mübarizə aparır. 11 ildir davam edən sistemli siyasətə baxmayaraq, bunun qarşını tam almaq mümkün olmur.

Bu proses nə ilə nəticələnə bilər? QHT-lərlə bağlı son tədbirlər pik nöqtə hesab olunurmu? Yoxsa hələ həbslər, araşdırmalar davam edəcək?

Globalinfo.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev deyib ki, xarici maliyyə axınları bəzən dövlətin daxili işlərinə müdaxilə üçün istifadə olunur:

“Ayrı-ayrı cinayət işlərinin istintaqı zamanı məsələnin məhz bu xarakterli olduğu aşkar olunub. Xüsusilə müxtəlif dövlətlərdə yumşaq güc vasitəsilə ictimai rəyə təsir etmək, siyasi prosesləri istiqamətləndirmək üçün QHT-lərdən istifadə edildiyi məlumdur. Azərbaycan isə bunları nəzərə alaraq, xarici qrantların şəffaf idarə olunmasını tələb edir. Bəzi qeyri-hökumət təşkilatlarının xarici qurumlarla əlaqələrinin araşdırılması, fəaliyyətinin nəzarətə alınması dövlətin informasiya təhlükəsizliyi və sabitliyinin qorunması üçün atdığı addımlardır. Əsas məqsəd Azərbaycanın daxili siyasi və ictimai proseslərinə qanunsuz müdaxilələri önləmək, vətəndaşların kənar güclər tərəfindən idarə olunmasına, onların təsir şəbəkəsinə çevrilməsinə imkan verməməkdir. 2 il ərzində ölkədə aparılan tədbirlər uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Əliməmməd Nuriyev

Hüquqşünas bildirib ki, QHT-lərlə bağlı istintaqın pik səviyyədə olub-olmaması dövlətin təhlükəsizlik siyasətinin gələcək inkişafından asılı olacaq:

“Xarici qrantlarla bağlı qeyri-şəffaf fəaliyyət onların siyasi alətə çevrilmələrinə imkan yaradır. Bu tədbirlər ümumi təhlükəsizliyi gücləndirən addımlar kimi də dəyərləndirilə bilər. Digər tərəfdən QHT-lər yalnız sosial layihələrlə məşğul olmur, həm də ictimai rəyə təsir etməyə çalışırlar. Xarici qrantlar üzərində nəzarətin gücləndirilməsi yerli və dövlət tərəfindən dəstəklənən QHT-lərin formalaşmasına imkan yaradır. Ümumilikdə prosesin son həddə çatdığını demək çətindir. Çünki Azərbaycanın bu istiqamətdə siyasəti xarici təsirlərin və təzahürlərin miqyasına görə davamlı şəkildə tənzimlənə bilər”.

Ə.Nuriyevin sözlərinə görə, tədbirlərin beynəlxalq arenada müəyyən çətinliklər yaratması mümkündür:

“Bəzi beynəlxalq təşkilatlar, Qərb ölkələri təzyiqlərə cəhd edirlər. Amma Azərbaycan suverenlik məsələsini heç kimlə bölüşmək fikrində deyil. Bu, bizim qırmızı xəttimizdir. Müstəqil siyasətimizə yönələn təhdidlər dövlət tərəfindən dəf edilir. Azərbaycan milli təhlükəsizlik konsepsiyasına əsasən, xarici maliyyələşmə axınlarının ciddi nəzarətdə saxlanması və qeyri-şəffaf fəaliyyətinin qarşısının alınması suverenliyin qorunmasının əsas tərkib hissəsidir. Dövlətin təhlükəsizlik siyasətinə uyğun olaraq, qanunsuz xarici maliyyələşmə halları aşkarlandıqda ciddi nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. Düşünürəm ki, dövlətin həyata keçirdiyi tədbirlər ölkəmizin suverenliyini qorumağa və xarici təsirlərin qarşısını almağa yönəlib”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri