Icma.az
close
up
RU
Qanunsuz mərc saytı “Betbuta” ermənilərinmiş FOTOLAR

Qanunsuz mərc saytı “Betbuta” ermənilərinmiş FOTOLAR

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar Azərbaycanda qanunsuz mərc və lotereya platformaları ilə bağlı şikayətlər artmaqdadır. Bu dəfə mövzu “Betbuta” adlı platformadır. Məlumata görə, bu şirkət yalnız qanunsuz fəaliyyətlə məşğul olmaqla qalmır, həm də istifadəçilərin şəxsi məlumatlarını təhlükə altına ataraq erməni diasporuna maliyyə dəstəyi göstərir.
 

Ermənilərə maliyyə dəstəyi


“Betbuta” platformasının CEO-su və yaradıcısı Vigen Badalyan erməni mənşəli şəxsdir və qlobal erməni diasporasında məşhur biridir. Bu şirkətə yatırılan vəsaitlərin dolayısı ilə erməni diasporuna dəstək kimi istifadə olunduğu bildirilir. Belə bir məlumatın ortaya çıxmasından sonra “Betbuta”nın Azərbaycandakı işçi heyəti şirkətdən ayrılıb.

Fırıldaqçılıq və itirilən pullar


Sosial şəbəkələrdə bu platformanın necə işlədiyini və insanları aldatdığını sübut edən çoxlu şikayətlər var. Bir istifadəçi paylaşımında son bir il ərzində 50 min manat itirdiyini qeyd edib. Bununla yanaşı, bu kimi platformalarda oynamaqla istifadəçilər öz şəxsi məlumatlarını könüllü şəkildə təhlükəyə atırlar.

Qanunsuz şans oyun platformaları


“Betbuta” ilə yanaşı, “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi digər qanunsuz platformaların da fəaliyyət göstərdiyi məlumdur. Bu platformalar istifadəçiləri böyük qazanc vədləri ilə aldadaraq həm onların pulunu mənimsəyir, həm də qanunları pozmağa təşviq edirlər.

Belə qanunsuz şans oyunlarının ən təhlükəli tərəflərindən biri də bunun hər kəs üçün əlçatan olması, xüsusilə azyaşlıları cəlb etməsidir. 

Bu cür oyunların digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, belə oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır.
 

Məşhurların qanunsuz reklamları


Bəs, belə qanunsuz şans oyunlarını təbliğ edənlərə nə ad vermək olar? Sosial şəbəkələrdə, xüsusilə “TikTok”, “Instagram”, “Telegram”da onlayn qumar və digər zərərli oyunların sürətlə təbliğatı aparılır. Xeyr, bu təbliğatı aparanlar başqaları deyil, məhz bu ölkədə tanınan, bir çoxu incəsənət, kino, teatr aləminin sayılıb-seçilən şəxsləri, bir çoxu sosial şəbəkədə tanınan, bir çoxu da idmançıdır. Məsələn, aktyor Azər Aydəmir, idmançı Şükran Soltanov, müğənnilər Damla, Elgün Hüseynov, Qumral, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, Nurlan, Nagehan və Fərid Abdullayev cütlüyü, Çinarə Əliyeva, Aygün Məstiyeva (@amasti_one), Nurlan da (@11urlan), Cənab Uli, rəqqaslar Nuranə və Kamil Bayramovlar, eləcə də digərləri belə qanunsuz oyunların aktiv təbliğatçılarıdır.

Özlərinə aktyor, müğənni, influenser deyənlər bütün bu qanunsuzluğu açıq şəkildə təbliğ edirlər. Sonra da utanmadan ya etdiklərindən “xəbərsiz olduqlarını” deyir, ya da ümumiyyətlə etmədiklərini iddia edirlər. Bu kimi şəxslər qanunun ən sərt üzü ilə qarşılaşmalıdır, əks təqdirdə, qanunu tanımayacaq və pozmağa davam edəcəklər.

Dələduzluq faktları


Bu, təkcə zərərli vərdişlərin yayılması, azyaşlılar da daxil olmaqla onlara belə vərdişləri aşılamaq deyil, həm də böyük qanun pozuntusudur. Hüquq-mühafizə orqanları dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Üstəlik belə qanunsuz şans oyunlarına aid çox sayda dələduzluq faktları var. Onlardan qanunsuz şans paltforması “Mostbet”in istifadəçi Ayaz İkramoğlunun qazandığı 156 461 manatını ödəməyib, həmçinin hesabını bloklaması, eləcə də Pin-UP saytının "Jude Bellingham" adlı istifadəçinin içində 3500 manat olan hesabını heç bir xəbərdarlıq etmədən bağlaması kimi faktları bir daha xatırlamaq lazımdır.  

Cəza tədbirləri


Qanunsuz şans oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin, belə oyunlarda iştirak üçün imkanların yaradılması, o cümlədən bu cür oyunların oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aşkar olunan faktlar və həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.


Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də rəsmi məlumat yayıb. Bəyan edilib ki, bu cür qanunsuz mərc oyunlarının təşkil və təbliğ olunması qanunla qadağandır. 

Qanunsuz rahat fəaliyyət


Lakin qanuni tənzimləmələrə, cinayət məcəlləsindəki cəzalara baxmayaraq, idman mərc və lotereya oyunları sahəsində “qara bazar”ın formalaşması, eləcə də aktiv şəkildə bazarı və oyunçuları manipulyasiya etmək üçün ciddi mənada cəhd müşahidə edilir. 

Belə ki, hazırda müxtəlif xarici mərc və lotereya şirkətləri qanunsuz olaraq ölkə ərazisində və eləcə də virtual məkanda fəaliyyət göstərərək ölkə qanunvericiliyini ciddi şəkildə pozurlar. Xüsusilə sosial şəbəkələrdə belə platformaların oyunçularının müzakirələri paylaşılır. İnsanlar qanunsuz fəaliyyətlərinə dair açıq-aşkar söhbətlər aparırlar. Bu fəaliyyət yalnızca şans oyunları həvəskarlarına yox, eləcə də dövlətə ciddi zərər verir. Qanunsuz mərc və lotereya şirkətləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün azərbaycanlı vətəndaşlardan qazandıqları gəlirdən ölkəyə heç bir vergi, sosial ödəmə, dövlət büdcəsinə ödəniş  etmirlər. Bu isə milyonlarla manat vəsaitin ölkə xaricinə çıxarılması və hətta Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə və onların qara niyyətlərinə xidmət etmək üçün istifadə edilir deməkdir.          

Dövlət tənzimləməsindən kənarda qalan bu şirkətlər qeyri-qanuni internet saytları, sosial şəbəkələrdə açılan hesablar və zirzəmilərdə gizlədilmiş obyektlər vasitəsilə idarə edilir. Qanun icazə vermədiyi halda, media və sosial şəbəkələr vasitəsilə onların reklamı təşkil edilir, oyunçuların ödədikləri vəsaitlər ölkə xaricinə çıxarılır, dövlətimizin iqtisadiyyatına külli miqdarda ziyan vurulur. 

Amma görülən tədbirlərin fonunda təəssüf ki, qanunsuz şans oyun platformaları fəaliyyətlərini rahat şəkildə davam etdirir. Saytlarına daxil olub, oyunlara qoşulmağın mümkünlüyü səbəbi ilə insanların aldadılması bir an məsələsinə çevrilir. Xüsusilə sosial şəbəkələrdə oyunçuların qanunsuz fəaliyyətinə dair açıq-aşkar söhbətlər aparılır. Qazandıqları məbləğləri necə hansı yollarla əldə etmələri isə ciddi sual doğurur.
       

                 

Hüquqi məsuliyyət

Azərbaycanda qanunsuz mərc və lotereya oyunlarının təşkili və iştirak etmək inzibati və cinayət məsuliyyəti daşıyır, həmçinin qanunu pozanları 3 000 manat məbləğində cərimə gözləyir.  

Fırıldaqçılardan qorunmaq üçün rəsmi lisenziyası olmayan mərc və lotereya platformalarından uzaq durun. Şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün yalnız etibarlı mənbələr olan qanuni şans oyunlarına müraciət edin. Hər hansı bir şübhəli fəaliyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verin.

Dünya təcrübəsində də qanuni əsaslarla fəaliyyət göstərən idman mərc və lotereya oyunları sektorunun əyləncə, iqtisadiyyat, məşğulluq və idmana dəstək sahəsində böyük rol oynadığı müşahidə olunur. Qanunlar çərçivəsində fəaliyyət göstərən mərc operatorları oyunçular üçün güvənli olmaqla yanaşı, həm də dövlət büdcəsinə daha çox verginin daxil olması baxımından xüsusi önəm daşıyır. Ona görə də bəxtinizi yalnız qanuni şans oyunlarında sınayın ki, sonradan həm pulunuzdan olmayın, həm də qanunu pozmayın.  
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri