Icma.az
close
up
RU
Qanunsuz sahibkarlıqla məşğul olan iş adamına hökm oxundu

Qanunsuz sahibkarlıqla məşğul olan iş adamına hökm oxundu

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xətai Rayon Məhkəməsində qanunsuz sahibkarlıqda və vergi ödəməkdən yayınmada təqsirləndirilən Qiyas Əsədovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşid Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib. Qiyas Əsədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında bina tikintisi fəaliyyəti ilə məşğul olub. O, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatları öz adına rəsmiləşdirib. Lakin təqsirləndirilən şəxs şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 218-221-ci maddələrinin tələblərini pozmaqla, fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, ümumilikdə, 567 855,90 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Həmçinin Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında 1 girişli 11 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirib və nəticədə şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 2017-ci il ərzində ümumilikdə, 1 774 496 manat məbləğində qanunsuz gəlir əldə edib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see378

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see190

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see109

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see108

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri