Icma.az
close
up
RU
Qanunsuz tikili varsa, ona icazə verən məmur da var...

Qanunsuz tikili varsa, ona icazə verən məmur da var...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir həftə əvvəl Bakının Xətai rayonu Rəşid Bağırov küçəsində kollektor üzərində olan evin sökülməsi qanunsuz tikililər məsələsini yenidən gündəmə gətirdi. Məlum oldu ki, sözügedən ünvanda daha 22 ev kollektor üzərində yerləşir ki, onların 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneə törətdiyindən söküləcəyi ehtimal olunur. Həmçinin rəsmi qurumlar paytaxtda kollektorların mühafizə zolağında 1600-ə yaxın evin olduğunu açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, mətbuatda ötən illərdə də mühafizə zolağında evlər inşa edilən yüksəktəzyiqli magistral su boruları və kollektorlarla bağlı problemlər işıqlandırılıb. Bu mövzuda illərlə davam edən məhkəmə prosesləri də vəziyyətin ciddiliyini göstərir. Ən problemli ərazilərdən biri paytaxtın Nizami rayonu Çobanzadə küçəsi hesab olunur ki, burada Bakının 6 rayonunu su ilə təmin edən 1400-1600 diametrlik 4 boru kəməri keçir. Baş verənlərə baxmayaraq, həmin boru xətlərinin üzərində yaşayış evləri və obyektlərin tikinti prosesi hələ də davam edir. 

Maraqlı məqam ondan ibarətdir ki, kollektorların üzərindəki evlərin bəzilərinin sənədi olmasa da, çox böyük bir qisminin çıxarışı (“kupça”sı) var. Xətai rayonundakı kollektor qəzası da bunu aydın göstərdi.

Hətta ADSEA sədri Zaur Mikayılov da bir neçə gün əvvəl müsahibəsində bu məsələni təsdiqlədi. Onun sözlərinə görə, kollektorun keçdiyi ərazidə təmir işlərinin aparılması üçün təxminən 20 metrə qədər diametrdə qazıntı işləri həyata keçirilməlidir: “Keşlədəki həmin evi görmüsünüzsə, onun bitişiyində yerləşən evlər də əslində həmin kollektorun mühafizə zonasında yerləşir. Çünki kollektorların istismarı və mümkün müdaxilələr üçün texnikanın həmin əraziyə daxil olması tələb olunur. Məsələn, həmin kollektor təxminən 9 metr dərinlikdən keçir. Bu isə o deməkdir ki, orada qazıntı aparmaq üçün daha geniş əraziyə ehtiyac yaranır.

Yəni 9 metr dərinlikdə kotlavan qazılması üçün texnikanın işləyə biləcəyi daha geniş sahə tələb olunur. Buna görə də kollektorların mühafizə zonası əslində daha geniş olur və kollektorun diametrindən asılı olaraq bu zona 10, 15, hətta 20 metrə qədər uzana bilər. Bu evlərin bir qismi vaxtilə tikilib. Dediyiniz kimi, onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur”.

ADSEA sədri, həmçinin Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradıldığını və komissiyanın həm kollektorların, həm də içməli su magistral borularının üzərində yerləşən tikililərlə bağlı araşdırmalar apardığını açıqlayıb. Komissiyanın yaradılması, bu istiqamətdə dövlət səviyyəsində araşdırma aparılması çox böyük və kütləvi qanunsuzluq hallarının aşkarlanması, bir çox vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi ehtimalını gündəmə gətirir. 

“Qanunsuz” evin necə tikilməsi 10, hətta 20-30 il həmin evdə məkunlaşmanın necə olması çoxlu suallar doğurur. Yaşayış məntəqəsi təyinatlı olmayan torpaqda bəzi hallarda 2-3 mərtəbəli evlər inşa olunan zaman necə olub ki, heç bir aidiyyəti dövlət qurumu ondan xəbər tutmayıb? Ümumiyyətlə, qanunsuz ev nə deməkdir? Qanunsuz tikili varsa, ona icazə verən məmur və ya məmurlar var. Bəs haradadır indi o məmurlar?

Hazırda söküntü aparılan kollektor üzərindəki yaşayış evinin sahibi evi 13 il əvvəl bələdiyyə sənədi ilə aldığını və qeydiyyatının həmin ünvana olduğunu bildirir. Məlumat üçün bildirək ki, vaxtilə vətəndaşlar yaşadıqları sənədsiz evlərə məhkəmə qaydasında qeydiyyata düşə bilirdilər. Görünür, həmin şəxs də qeydiyyata o dövrdə düşüb, hazırda isə çıxarışı olmayan evə qeydiyyata düşmək mümkün deyil.

Problemin o biri tərəfi isə lazımi sənədləri qaydasında olan daşınmaz əmlaklarla bağlıdır. Kollektorun üzərində fərdi evlərin tikintisi necə həyata keçirilib? Vətəndaşlar bunun üçün icazə almalıdırlarmı?

Şəhərsalma və Tikinti Məcəlləsinə görə, torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı, icazə yox, məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 

Fərdi evin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, yeni inşa olunan fərdi yaşayış evlərində Tikinti və Şəhərsalma Məcəlləsinin tələbinə əsasən, torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi təyinatlı olmalıdır və torpaq sahəsi tikinti aparan şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olmalıdır: “Bundan sonra vətəndaş tikəcəyi evin memarlıq-planlaşma eskiz layihəsini müvafiq sahə üzrə bilik-bacarığı, təcrübəsi olan, lisenziyalaşmış şirkətdə çəkdirir. Çəkilmiş layihə elektron portal vasitəsilə Şəhərsalma və Arxitektura Komitəsinin elektron sisteminə yerləşdirilir. Bundan 10 gün ərzində layihənin nəzərdə tutulmuş qaydalar üzrə tikintinin razılaşdırılması barədə elektron bildiriş daxil olur. Əgər qeyd olunan müddət ərzində bildiriş daxil olmazsa, layihə razılaşdırılmış hesab olunur və vətəndaş tikintiyə başlaya bilər. 

Tikinti başlandıqdan sonra layihənin dəyişdirilməsinə yol verilmir. Tikinti başa çatdırıldıqdan, evin qapı-pəncərələri, dam örtüyü tam hazır olduqdan sonra içərisində təmir işləri görülmədən belə vətəndaş qeydiyyat orqanına vahid çıxarışın alınması ilə bağlı müraciət edə bilər. Torpağın çıxarışı var idisə, torpaqla bərabər tikiliyə də çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciət olunur, xidmət haqqı və rüsumlar ödənildikdən sonra həmin yaşayış evinə çıxarışlar alınır”.

Ekspertin sözlərinə görə, tikili ötən illər ərzində aparılıbsa, o halda onun qeydiyyata alınması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş sənədlərdən ən azı biri və ya bir neçəsi olmalıdır. 

2013-cü ildən ölkədə Tikinti və Şəhərsalma Məcəlləsi qəbul olunub. Həmin məcəllənin tələbləri yuxarıda sadalanan formadadır. Əvvəllər razılaşdırılma icra hakimiyyətləri tərəfindən həyata keçirilirdisə, 2018-ci ildə qanuna edilən dəyişiklikdən sonra tikintiyə icazələrin verilməsi müvəqqəti olaraq icra hakimiyyətlərindən alınıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. 

2012-ci ildən əvvəl isə bu məsələ Nazirlər Kabinetinin 84 saylı qərarı ilə tənzimlənirdi. İstənilən halda, bütün dövrlərdə qanunvericilikdə tikintilərin tənzimlənməsi – istər tikintisinə icazə tələb olunan tikililər olsun, istərsə də məlumatlandırma icraatı qaydasında aparılan tikintilər olsun -  bunlarla bağlı qaydalar müəyyən olunub.

Ekspert deyir ki, tikinti işlərinə başlanıldığı anda müəyyən olunur ki, bu tikinti müvafiq qurumlarla razılaşdırılıb, qanunvericiliyə uyğundur, yoxsa yox. Əgər yoxdursa, onda tikintinin dərhal dayandırılması ilə bağlı qərar qəbul olunmalıdır. Mövcud tikinti varsa və o vətəndaşın istifadəsindədirsə, vətəndaş kommunal ödənişləri həyata keçirir və qoşulma ilə bağlı müqavilələri imzalayıbsa, qəza halları istisna olmaqla, tikintini sökmək üçün mütləq məhkəmə qərarı olmalıdır.

Görünən odur ki, ADSEA sədrinin son açıqlaması da bu sahədəki acınacaqlı vəziyyəti aydınlaşdırır. Belə çıxır ki, aidiyyəti dövlət orqanlarının əvvəlki dövrdə verilmiş qərarları araşdırılmalı, bu sənədlərə imza atanlar cəzalandırılmalıdır. 

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-dən sonra çıxarışsız torpaq sahələrində tikilən obyektlər, o cümlədən fərdi evlər elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri