Qanunsuz yolla sərnişin daşıyan sürücü DYP postunda saxlanıldı Məhkəmə 25 sutka həbs cəzası verdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü YPX əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Əliyev Azər Bəhram oğlunun törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun da olmadığı müəyyən edilmiş və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə xatırladır ki, qanunsuz sərnişindaşıma və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçmək, yollarda qəza riskini dəfələrlə artırır və insan həyatını ciddi təhlükəyə məruz qoyur. Qaydaları pozmayın, təhlükəsizliyə məsuliyyətlə yanaşın.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















