Qanunu pozan şirkətə nazirlikdən iş təklifi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Müdafiə Nazirliyi tibbi avadanlıqlar satın alır.
“Yeni Sabah” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “AZƏRİ MED” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında bağlanan müqavilənin ümumi məbləği 656 856,35 AZN təşkil edir.
Qeyd edək ki, sözügedən şirkət 2004-cü ildə təsis olunub və barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2026-cı il iyulun 28-də inzibati xəta haqqında protokol tərtib edilib. Toyuqlu pizza
Buna səbəb şirkətin dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha sataraq “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərini pozması olub. Fakt İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə qiymətləndirilib.
Həmin maddəyə əsasən, tənzimlənən qiymətdən yuxarı qiymətə dərman satışına görə hüquqi şəxsləri 3 000 manatdan 5 000 manatadək cərimə gözləyir.
Cəlalə
Baxış sayı:128
Bu xəbər 18 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















