Icma.az
close
up
RU
Qanunvericiliyə yeni maddə əlavə olunur

Qanunvericiliyə yeni maddə əlavə olunur

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barəsində məlumatların "İcmal" informasiya sisteminə ötürülmə qaydası müəyyənləşir.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Bununla bağlı qanuvericiliyə yeni maddə əlavə olunur.

Sənədə əsasən, bu Məcəllənin 45.2-45.4-cü maddələrinə uyğun olaraq səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal "İcmal" informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) "İcmal" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.

Sənəddə qeyd olunur ki, məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların "İcmal" informasiya sisteminə ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl "İcmal" informasiya sisteminə ötürülür. Adıçəkilən informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənir və ya nömrələnmiş blanklarda çap edilərək imzalanır.

Bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq unikal nömrə verilməklə tərtib olunmuş sənədlər bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.

İtirilmiş, zədələnmiş (korlanmış) blanklar, habelə bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməmiş və ya nömrələnmiş blanklarda çap edilməmiş sənədlər barədə məlumatlar dərhal, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq "İcmal" informasiya sisteminə ötürülür.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri