Icma.az
close
up
RU
Bakıya bu səbəbdən qar yağmır Ekoloq AÇIQLADI

Bakıya bu səbəbdən qar yağmır Ekoloq AÇIQLADI

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Bakı və ətrafında qar yağmamasının əsas səbəbi odur ki, artıq iqlimdə kəskin dəyişikliklər baş verir. İqlim dəyişiklikləri öz təsirlərini bütün fəsillərə göstərir. Məsələn, yayın ortasında şiddətli yağışlar yağır, halbuki həmin dövrdə yağışlar adətən az olur".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, qeyd edib ki, qışın və payızın ortasında yağış və qar demək olar ki, olmur:
"Bunun əsas səbəbi odur ki, iqlimdə temperaturda 5 dərəcəlik artım müşahidə olunub. Bu fakt həm beynəlxalq hesabatlarda, həm də elmi qiymətləndirmələrdə təsdiqlənib və temperatur artımının 2 dərəcəyədək davam edəcəyi proqnozlaşdırılır. İqlim dəyişikliyi ilə bağlı tədbirlər çərçivəsində, 2015-ci ildə Parisdə iqlim konfransı keçirildi. Orada 300 ölkənin iştirakı ilə iqlimdə temperatur artımının 2 dərəcədən çox olmaması qərara alındı. Bununla bağlı yanacaq, alternativ enerji və digər tədbirlər planlaşdırıldı və ölkələr bu qərarları qəbul etdilər".
Ekoloq bildirib ki, Azərbaycan hökuməti də 2030-cu il üçün ölkədə istifadə olunan elektrik enerjisinin 30%-ni alternativ mənbələrdən təmin etməyi və emissiyaları 1990-cı illə müqayisədə 35% azaltmağı öhdəsinə götürüb:
"Bu tədbirlər atmosferdə yığılan antropogen qazların, karbondioksid, metan, azot oksidlər və digər istixana qazlarının azaldılmasına yönəldilib. Bu azalmalar nə qədər uğurlu olsa, iqlimdə stabilləşmə bir o qədər mümkün olacaq. Bu dəyişikliklərin nəticəsi olaraq qışın ortasında və payızda qar və yağış demək olar ki, olmur. Hava çox mülayim keçir, lakin kəskin dəyişikliklər də mümkündür, qısa müddət ərzində havalar soyuya bilər. Lakin bu artıq iqlimdə stabilliyin pozulmasının və fəsillərə uyğun dəyişmələrin göstəricisidir".
O, bildirib ki, yay aylarında Bakıda bəzi günlərdə yağış yağır, halbuki bu o dövr üçün xarakterik deyil:
"Buna görə artıq iqlimə adaptasiya olunmaq vaxtı çatıb. Bu dəyişikliklərin böyük təsirləri olacaq, həm dünyada, həm də Azərbaycanda su ehtiyatları azalacaq. Xüsusilə, ölkəmizin su ehtiyatları kəskin şəkildə azalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, su ehtiyatları 1992-ci illə müqayisədə 10–15% azalıb. Bu dəyişiklər iqlim dəyişikliklərinin birbaşa nəticəsidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri