Icma.az
close
up
RU
Azərbaycanda yaşıllıq ərazilər niyə məhv olur? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda yaşıllıq ərazilər niyə məhv olur? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər urbanizasiya, sənayeləşmə və sürətli tikinti işləri nəticəsində şəhərlərdə ekoloji tarazlıq pozulur, yaşıllıqlar azalır və betonlaşma artır. Bu vəziyyət havanın çirklənməsinə, şəhər iqliminin dəyişməsinə və insanların sağlamlığına mənfi təsir göstərir. Eyni zamanda, təbii yaşıl zonaların azalması biomüxtəlifliyin itməsinə və şəhərlərin daha da istiləşməsinə səbəb olur. Ekosistemin qorunması və insanların daha sağlam mühitdə yaşaması üçün yaşıl zonaların artırılması və mövcud parkların mühafizəsi vacibdir. 

Bəs şəhərlərdə yaşıl zonalar azalırmı? Parklar və ağacların qorunması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Avtosfer.az-a açıqlamsında bildirib ki, bu kontekstdə şəhərlərin tikinti planlarında da ekoloji tarazlığın qorunması nəzərə alınır:

“Tikinti üçün ayrılan ərazilərdə mövcud yaşıllıqların qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq ekoloji qiymətləndirmə aparılır və tikinti şirkətləri layihələrini bu tələblərə uyğun şəkildə tərtib edirlər. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, hər hansı yeni tikili inşa edilərkən həmin ərazinin minimum 25-30%-nin yaşıllaşdırılması tələb olunur.

Bundan əlavə, dövlət səviyyəsində də geniş miqyaslı yaşıllaşdırma layihələri həyata keçirilir. Məsələn, 2019-cu ildə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq bütün respublika üzrə, o cümlədən Bakı şəhərində və regionlarda 65000 ağac əkilmişdir. 2024-cü ildə isə "Yaşıl Dünya Həmrəylik Günü" elan olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 5 milyon ağac əkilməsi planlaşdırılsa da, nəticədə, bu rəqəm 8 milyona qədər yüksəlmişdir. Bu layihələrə dövlət qurumları, yerli icra hakimiyyətləri, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti fəal şəkildə qoşulmuşdur.

Mövcud yaşıllıqların qorunması istiqamətində nazirliklər və aidiyyəti qurumlar daimi nəzarət tədbirləri görürlər ki, mövcud ağaclar kəsilməsin, yaşıllıq əraziləri zərər görməsin və daha da genişləndirilsin. Xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində yaşıllaşdırma işləri intensiv şəkildə aparılır. 27 illik işğal dövründə Ermənistan tərəfindən bölgədəki meşə sahələrinə ciddi ziyan vurulmuş, minlərlə hektar yaşıllıq məhv edilmişdir. Hazırda həmin ərazilərdə bərpa işləri sürətlə davam etdirilir ki, gələcəkdə bu yerlərə qayıdacaq məcburi köçkünlər üçün ekoloji baxımdan əlverişli yaşayış mühiti təmin edilsin”.

Amin Məmmədov əlavə olaraq qeyd edib ki, bu istiqamətdə Azərbaycan Türkiyə ilə də sıx əməkdaşlıq edir:

“Türkiyənin meşə təsərrüfatına nəzarət qurumları ilə birlikdə Qarabağda yaşıllıq sahələrinin genişləndirilməsi üçün birgə layihələr icra olunur. Bundan əlavə, yaşıllıqların bərpası üçün Türkiyədə istehsal olunan tinglərdən də istifadə edilir.
Görülən bu tədbirlər ölkədə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və gələcək nəsillər üçün daha yaşıl və təmiz bir mühitin yaradılmasına xidmət edir”.

Mərkəzi Nəbatat Bağının oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehralıyev isə bildirib ki, son illərdə xüsusilə Bakı və Abşeron ərazisində yaşıllıqların artması müşahidə olunur:

“Bununla yanaşı, müəyyən ərazilərdə yaşıllıq sahələrinin artırılması istiqamətində addımlar atılır. İnsanlar tikinti aparılan yerlərin ətrafında mütləq şəkildə yaşıllıq saxlamağa çalışırlar. Son dövrlərdə televiziya və mətbuatda bu mövzu geniş müzakirə edilib, mütəxəssislər və ekoloqlar bu barədə öz fikirlərini bildiriblər.

Lakin bəzi hallarda əkilən ağaclar düzgün qulluq edilmədiyi üçün ya inkişaf etmir, ya da sıradan çıxır. Xüsusilə, torpaq keyfiyyətinin aşağı olması, lazımi qida maddələrinin çatışmazlığı və suvarma problemləri bu məsələdə əsas maneələrdir. Abşeronun torpaq tərkibi nəzərə alınaraq burada əkilən ağaclar üçün üzvi və mineral gübrələrin istifadəsi vacibdir. Bundan əlavə, müəyyən sahələrdə meşə torpağının gətirilməsi də bitkilərin sağlam böyüməsinə kömək edə bilər”.

Asif Mehralıyev sonda bildirib ki, ağacların uzunömürlü və sağlam olması üçün onların mütəmadi olaraq nəzarətdə saxlanması, suvarılmasının düzgün təşkil edilməsi və əlavə qidalandırıcı maddələrlə təmin edilməsi vacibdir:

“Əks halda, ağaclar yaşasa belə, yaxşı inkişaf edə bilmir. Bu səbəbdən yaşıllaşdırma tədbirləri təkcə ağac əkməklə yekunlaşmamalı, eyni zamanda onlara davamlı şəkildə qulluq edilməlidir”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri