Icma.az
close
up
RU
Qara Cümə endirimləri arxasında gizlənən dələduzluq: Ekspert vətəndaşlara xəbərdarlıq etdi

Qara Cümə endirimləri arxasında gizlənən dələduzluq: Ekspert vətəndaşlara xəbərdarlıq etdi

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qara Cümə" zamanı mağazalar və onlayn platformalar çox sayda endirimlər və xüsusi təkliflər təqdim edirlər. Amma bəzən dələduzlar bundan istifadə edərək müxtəlif linklərlə insanların pulları mənimsəyirlər. Dələduzlar sosial media platformalarında saxta reklamlar və ya təkliflər yerləşdirir. Bu linklər istifadəçini təhlükəli bir sayta yönəldir. Və nəticədə dələduzlar vətəndaşın pulunu mənimsəyir.

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin Direktoru Fərid Kazımov “Operativ Media”ya açıqlama verib. O bildirib ki. Azərbaycanda insanların, xüsusilə internet istifadəçilərinin rəqəmsal və kiber maarifləndirilməsi çox aşağı səviyyədədir:

“Buna görə də bəzi istifadəçilər, müəyyən linklərə daxil olaraq dələduzluğa məruz qalırlar. Gənc nəsil artıq internet dünyasında böyüyüb və onların bu sahədə daha çox savadı var. Bu səbəbdən, gənc nəsil nadir hallarda dələduzluq qurbanı olur. Lakin ölkəmizdə orta yaşlı və ya yaşlı nəsil, orta hesabla 40 yaşından yuxarı olan vətəndaşların əksər hissəsinin internet savadlılığı yoxdur.

Hər bir ölkədə internetə daxil olmanın müəyyən mərhələləri olub. İndiki gənc nəsil əvvəlcə kompüter, sonra telefon istifadə edərək bu mərhələləri addım-addım keçiblər. Gənc nəsil bu mərhələləri daha sağlam şəkildə keçdiyi üçün onların internet savadlılığı və kiber dələduzlara qarşı bilikləri digərlərinə nisbətən daha yaxşıdır.

Amma ölkəmizdə, xüsusilə orta və yaşlı nəsil, çox vaxt heç bir texniki bilik olmadan birbaşa telefonlarla müxtəlif sosial şəbəkələrə və saytlara daxil olmağa başlayıb. Həmin şəxslərin kiber savadlılığı çox aşağı səviyyədədir. Onlar elə bilirlər ki, internetdə olan hər bir link və ya paylaşım doğrudur və ona inanmaq olar”

Ekspert bildirib ki, bu linləri çox sadə şəkildə yaratmaq mümkündür:

“Nəzərə almaq lazımdır ki, internet üzərindən insanları aldatmaq və cinayət törətmək daha asandır. Həmin linkləri çox sadə bir şəkildə yaratmaq mümkündür.  Amma insanlar bunun fərqində deyillər.Həmin nəsil elə düşünür ki, onların telefonları tam şəkildə qorunur və bütün linklərə daxil ola bilərlər. Bu zaman onların bank hesablarında heç bir dələduzluq baş verməyəcək.

Bu istiqamətdə ölkədə maarifləndirici işlər aparılmalıdır. İnsanlar başa düşməlidir ki, əgər hansısa bir linkdə çox cazibədar bir təklif varsa, onun arxasında başqa bir niyyət də ola bilər. Hər maraqlı təklifə inanmaq olmaz. Məsələn, əgər küçədə kimsə onlardan müəyyən miqdarda pul istəsə və onu 2-3 qatına çıxaracağını və ya başqa bir şey vəd etsə, heç vaxt bunu etməzlər. Amma həmin təkliflər onlayn edildikdə, qəbul edilər. Bu çox qəribə yanaşmadır. Həmin şəxslər onlayn mühitdə heç bir problem yaranmayacağına inanırlar.

Bu səbəbdən, insanlara maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə 40 yaşından yuxarı, yalnız telefonlardan istifadə edən vətəndaşlar üçün bu proses çox önəmlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 22 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri