Icma.az
close
up
RU
Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir Fazil Mustafa

Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir Fazil Mustafa

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir. Burada təqribən 58 min manatlıq pul mükafatından bəhs edilir. Qalibə 50 min manat, qısa siyahıya düşən 4 yazara da hər birinə 2 min manat olmaqla pul vəsaiti ödənəcək".

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

"Əlbəttə, büdcə imkanlarına görə belə bir məbləğ müəyyən olunub, ancaq burada ianə resursları barədə düşünülsə daha doğru olardı. Yəni bu müsabiqəyə könüllü ianə formasında vəsait köçürülməsi və qalibdən sonra mükafatlandırlanların sayının və ödənişin məbləğinin artırılması məqsədəuyğun olardı. Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq. Kimsə qoy ianə olara bu məqsədlə açılmış bank hesabına minimum 100 manat ödəsin, ancaq bilsin ki, ödədiyi pul kitaba, ədəbiyyat adamına, yazara gedir. Bu həm də yalnız dövlətin deyil, həm də cəmiyyətin bu önəmli tədbirdə iştirakını stimullaşdırma olar", - deyə o vurğulayıb.

Fazil Mustafa "Məhsəti" filmi ilə də bağlı fikirlərini bölüşüb.

""Məhsəti" filminin festifala buraxılmaması məsələsinin mediada yer alan izahı isə düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər. Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir. Deyilir ki: "Məhsətini əxlaqsız kimi göstərib!" Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandiaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar? Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töfhə vermək istəyən rejissorları, aktorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik", - deyə millət vəkili bildirib.

Turan İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri