Qara dənizdə gəmiyə dron hücumu
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında “CHELSEA-3” yük gəmisi dron hücumuna məruz qalıb. Gəminin heyətində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Azpost.info xəbər verir ki, hadisə bu gün gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında baş verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin məlumatına görə, ümumilikdə 15 nəfərdən ibarət heyətdə 8 Azərbaycan vətəndaşı olub.
Onlardan 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli Varna şəhərindəki hərbi hospitala yerləşdirilib. Onun səhhəti həkimlərin nəzarətindədir.
Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçirilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı təşkil edilir
XİN-in sözçüsü bildirib ki, məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır. Vətəndaşlara zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların Azərbaycana təhlükəsiz qayıdışının təşkili istiqamətində tədbirlər görülür.
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların aparıldığı və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb. XİN xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında riskli marşrutlarla hərəkət edən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmağın təhlükələrinə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















