Icma.az
close
up
RU
“Qara” əmək bazarının ağardılması : İlk növbədə aqrar sektordan başlamalıdır

“Qara” əmək bazarının ağardılması : İlk növbədə aqrar sektordan başlamalıdır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Qulağa xoş gələn nağılvari söz-söhbətləri nəzərə almasaq, Azərbaycanda “qara” əmək bazarının “ağardılması” üçün real istək yoxdur. Əgər olsa idi, bunu ilk növbədə aqrar sektordan başlayardılar”. 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

Onun fikrincə, bu sektorda mövsümi, qısamüddətli çalışan insanlarla mülki hüquqi xarakterli müqavilələr əsasında çalışanlarla müqavilə münasibətlərinin daha effektiv, hər 2 tərəfə sərfəli mexanizmlərini yaradırdılar:

“Bu gü qüvvədə olan qanunvericiliyə görə ("Nağdsız hesablaşmalar haqqında" Qanun), bu cür işlərə görə, işəgötürən hər işləyənə 30 manatək nağd ödəniş edə bilər. Amma elə problem də burdan başlayır: 

əgər müqavilə rəsmiləşərsə, bu məbləğin 41 faizi qədər, yəni 12,3 manat sığorta və vergi ödəmələri etməlidirlər. Söhbət 25 faizlik sosial sığorta, 14 faizlik gəlir vergisi və 2 %-lik tibbi sığortdan gedir.

Ayrıca aqrar sektora, qeyri-rəsmi məşğulluğun ən yüksək olduğu, reallıqda 100 minlərlə insanın qeyri-formal çalışdığı bir sahəyə bu istiqamət üzrə vergi imtiyazları verməklə bu problemi həll etmək olarmı? Böyük ölçüdə olar. Onsuz da indi yuxarıda qeyd edilən ödənişlərin heç biri edilimir, büdcə də heç nə qazanmır, aqrar sektorda, xüsusiən fərdi təsərrüfatlarda hamı ucdantutma qeyri-formal çalışır. 

Mexanizmləri dəyişdirməklə reallıqda istifadə olunan bu imtiyazları leqallaşdırmaqla 100 minlərlə insanın pensiya və tibbi sığortasını da həll etmək, əmək bazarını 100-də 80-85 ağartmaq olar (hazırda ağarma faizi 50 faiz ətrafındadır). Bunun üçün nə etmək lazımdır? İlk növbədədə sırf aqrar sektor üzrə mülki-hüquqi xarakterli müqavilələr üzrə ödəmə mənbəyində 14 %-lik vergini digər vergilər kimi ən azı 10 illiyə sıfırlamaq lazımdır. 

Sosial sığortanı maksimum 4 %-ə faizə endirib onun 2 %-ni, tibbi sığortanın 1 %-ni dövlətin üzərinə qoymaq lazımdır. Nəticədə işəgötürən fermerin vergi+sığorta yükü hazırkı xəyali 41 %-dən real 3 %-ə enəcək. Yəni 30 manat üçün cəmi 90 qəpik vergi yükü.

Məsələ burada da bitmir: aqrar sektorda qısamüddətli və mövsümi işlər üçünn mülki-hüquqi xarakterli müqavilələrin bağlanması üçün asan və çevik mobil tətbiq yaradılmalıdır ki, hər kəs rahatlıqla bu işi görə bilsin. 

Yəni cəmi 2-3 dəqiqə içərisində fermer əlində tutduğu ağıllı telefonla kimsənin yardımı olmadan bu əməliyyatı yerinə yetirsin".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri