Icma.az
close
up
RU
Qara qızılın kölgəsində: alternativ enerji nefti taxtdan salacaqmı?

Qara qızılın kölgəsində: alternativ enerji nefti taxtdan salacaqmı?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son illərdə alternativ enerji mənbələrinin inkişafı qlobal enerji bazarında mühüm dəyişikliklərə səbəb olub.

Günəş, külək və digər bərpa olunan enerji mənbələri getdikcə daha çox yayılır və bu proses neft sənayesinə ciddi təsir göstərir. Sənaye ölkələri və iri şirkətlər enerji sektorunda köklü dəyişikliklər edir, bu da neftin gələcəyi ilə bağlı müxtəlif proqnozlara yol açır.

Bəs alternativ enerji mənbələrinin inkişafı neft sənayesinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən neft mexanikası üzrə mütəxəssis, fəlsəfə doktoru Əhya Turabova bildirib ki, alternativ enerji mənbələrinin inkişafı neftə olan tələbatın azalmasına səbəb olur:

"Əvvəllər enerji istehsalının əsas hissəsi neft və qazın payına düşürdü, lakin hazırda bir çox ölkələr bərpa olunan enerjiyə keçid strategiyasını həyata keçirir. Bu tendensiya dünya bazarında neft qiymətlərinin qeyri-sabitliyinə, hasilatın azalmasına və bəzi neft hasilatçısı ölkələrin iqtisadi çətinliklərlə üzləşməsinə səbəb olur".

Əhya Turabova: Neft sənayesi hələ də iqtisadi və texnoloji baxımdan vacib sektor olaraq qalır

Müsahibimiz qeyd edib ki, bununla yanaşı, böyük neft şirkətləri mövcud vəziyyətə uyğunlaşmağa çalışırlar. Həmsöhbətimizin sözlərinə görə, bp, Shell və "ExxonMobil" kimi iri şirkətlər artıq bərpa olunan enerji sektoruna sərmayə qoyur, külək və günəş enerjisi layihələrinə diqqət yetirir. Eyni zamanda, hökumətlər ekoloji standartları sərtləşdirərək neft sənayesinin fəaliyyətini məhdudlaşdırır. Karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq sazişlər neft sənayesinin gələcəyini daha da qeyri-müəyyən edir.

"Bütün bunlarla birgə, neft sənayesi hələ də iqtisadi və texnoloji baxımdan vacib sektor olaraq qalır. Neft-kimya sənayesi, plastik istehsalı və ağır sənaye üçün neft hələ də əvəzedilməz xammal sayılır. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə enerji tələbatı hələ də yüksəkdir və bu ölkələrdə neftin rolu davam edəcək",- Ə.Turabova əlavə edib.

Son olaraq mütəxəssis diqqətə çatdırıb ki, alternativ enerji mənbələrinin inkişafı neft sənayesinə ciddi təsir göstərir və bu təsir getdikcə güclənir:

“Neftə olan tələbatın azalması və ekoloji tələblərin sərtləşdirilməsi bu sahədə köklü dəyişikliklərə səbəb olur. Buna baxmayaraq, neft sənayesi hələ də qlobal iqtisadiyyatda mühüm rol oynayır və yaxın gələcəkdə tamamilə sıradan çıxması gözlənilmir. Enerji bazarında tarazlıq yeni texnologiyalar və iqtisadi dəyişikliklər fonunda formalaşacaq”.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri