Icma.az
close
up
RU
Rusiya nefti Qara dənizə tökülüb

Rusiya nefti Qara dənizə tökülüb

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk “RBK-Ukrayna” nəşrinə müsahibəsində belə deyib.
“Biz də kifayət qədər böyük əraziyə neft və ya neft məhsullarının dağılması faktını təsdiq edə bilərik”, - ukraynalı məmur deyib.
Onun sözlərinə görə, sızma, böyük ehtimalla, Qara dənizin Rusiyanın nəzarətində olan şərq sahillərində baş verib.
- Çox güman ki, Rusiyanın nəzarəti altında olan bu ərazidə birbaşa üzən gəmilərdən birindən sızma olub. Bu baxımdan, istirahət edənlərə bilavasitə suda siqaret çəkməmək tövsiyyə olunur”, - Pletençuk vurğulayıb.
Xatırladaq ki, avqustun 29-da Novorossiysk limanında yerləşən Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalında tankerə yük doldurulması zamanı böyük neft sızması baş verib. O zaman çirklənmə sahəsi onlarla kvadrat kilometr idi.
İndi qəzanın miqyası xeyli genişlənib. Çirklənmə Rusiyanın Anapa bölgəsində lokallaşdırılıb və neft ləkələri Kerç boğazının cənubundan keçərək işğal altındakı Krıma doğru irəliləyir.
“Krımski Veter” monitorinq kanalının məlumatına görə, çirklənmənin əsas hissəsi Krasnodar diyarının sahillərinə çatıb. Neft ləkəsi sahil xətti boyunca Novorossiyskdən Taman yarımadasına qədər təxminən 100 kilometr uzanıb və təxminən 211 kvadrat kilometr ərazini əhatə edir.

Bundan əlavə, Krım istiqamətində hərəkətini davam etdirən 14 kvadrat kilometrlik sahəyə malik ayrı bir ləkə də qeydə alınıb.
Qeyd edək ki, bu, son bir ildə Qara dənizdə baş verən ikinci böyük neft sızıntısıdır. 2024-cü ilin dekabrında Kerç boğazında güclü fırtına mazut daşıyan iki Rusiya tankerinin – “Volqoneft-212” və “Volqoneft-239” qəzaya uğramasına səbəb oldu. Müxtəlif hesablamalara görə, dənizə 2,4-8 min ton arasında yanacaq tökülüb ki, bu da genişmiqyaslı ekoloji fəlakətə səbəb olub.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri