Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi

“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deputat: “Rusiya tərəfi bu cinayəti törədənlərin cəzasını verməlidir, təzminatı ödəməlidir, digər lazımi addımlar atmalıdır”

Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına səbəbin Rusiya hava məkanında “Pantsir S” raketi ilə vurulmasını göstərən etibarlı faktların üzə çıxmasından, Moskvanın bu hadisənin üstünü bağlamaq cəhdlərindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə edilir. Azərbaycan tərəfi mülki təyyarənin Rusiya tərəfindən vurulmasının etirafını, təzminat və digər məsələlərin həllini istəyir. Rusiya isə müxtəlif yollarla bu məsələdən yayınır.

Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun hadisə ilə bağlı verdiyi açıqlamalar da Moskvanın informasiya dolaşıqlığı yaratmaq istəyini göstərir. İki ölkə münasibətlərindən danışan diplomat deyib ki, "Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirirəm. Prezidentlər daim təmasdadırlar. Etibarlı münasibətlərimiz var. İki ölkə arasında bağlı məsələlər mövcud deyil". Onun sözlərinə görə, Rusiya və Azərbaycan yeni, qarşılıqlı faydalı birgə layihələrin axtarışı üçün intensiv işləyirlər. Rusiya XİN başçısı Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını göstərib. Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. Nazir həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib.

“Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verdi. Təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”, - Rusiyanın baş diplomatı vurğulayıb.

Lavrovun bu açıqlamasından sonra Rusiyanın “Baza” “Telegram” kanalı AZAL təyyarəsinin pilotları ilə aviadispetçerlər arasındakı söhbətin tam stenoqramının yayıldığını iddia edib. Pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra isə Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları guya AZAL təyyarəsinin ekipajı müstəqil qəbul edib. “Baza” dispetçerlərin əvvəlcə Qroznıya, daha sonra Mahaçqalaya eniş etməyi təklif kimi irəli sürüldüyünü iddia edir.

Hətta guya heyətə Rusiyanın digər hava limanları haqqında məlumat verildiyini bildirirlər. Lakin ekipaj oraya enməmək qərarına gəlir və təkliflərdən imtina edir. Bundan başqa kanal “quşlarla toqquşma” ehtimalını və göyərtədə “qaz balonunun partlaması” versiyasını da irəli sürür. Bunun guya dispetçerlərlə danışıqlarda pilotların və ekipaj üzvlərinin dilindən səsləndirildiyini bildirir.

Görünən odur ki, Rusiyaya məxsus kanal təyyarənin vurulması ilə bağlı bütün dəlillərə rəğmən baş verən hadisənin motivlərini başqa məcraya yönəltməyə çalışır. Bu məlumatların Lavrovun açıqlamasından dərhal sonra yayılması informasiyanın Rusiyanın rəsmi orqanlarının göstərişi ilə ortaya atılması ehtimalını yüksəldir.

Ümumiyyətlə, “qara qutu”nun məlumatlarının Rusiya tərəfinin necə əlinə keçməsi, niyə Lavrovun rəsmi açıqlama olmadan “qara qutu” barədə danışması sualları meydana çıxır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, Rusiya tərəfindən komissiya iştirak edir və bu barədə məlumatlı olmaları təbiidir:

- Çünki qəzadan dərhal Azərbaycan, Qazaxıstan və Rusiya üçtərəfli komissiyası yaradıldı. Bu, qaçınılmazdı, çünki cinayət olan, amma hələlik qəza deyilən hadisə Rusiyanın hava məkanında olub. Ona görə də Rusiyanın komissiyada iştirakı vacibdir.

Hər şeydən əvvəl, Azərbaycan Prezidentinin prinsipial mövqeyi və hadisədən dərhal sonra məsələnin spekulyasiya mövzusuna çevrilməsinin qarşısını almaq üçün bəyanatları diqqətə alınmalıdır. Amma biz görürük ki, prosesin müəyyən mərhələsindən sonra Rusiya niyəsə hamıdan qabaq, araşdırmanın nəticəsi rəsmi açıqlanmadan əvvəl spekulyasiyaya cəhd edir. Rusiya tərəfi malik olduqları informasiya ilə yenidən hadisə ətrafında informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir. Həm də bunu Rusiyanın xarici işlər naziri səviyyəsində edirlər. Mənə elə gəlir ki, bu, birincisi, etik baxımdan doğru deyil. Çünki üç ölkənin komissiya üzvləri eyni vaxtda ilkin nəticələrlə bağlı eyni vaxtda rəsmi açıqlama verməlidirlər. Bu zaman manipulyasuiyalara yer qalmır. Amma Rusiya tərəfi bu etikanı pozur. Eyni zamanda, qabaqdangəlmişlik etməklə yeni suallara, mülahizələrə rəvac verir.

- Rusiyanın qabaqdangəlmişlik etməkdə məqsədi nədir?

- Görünən odur ki, Rusiya bu məsələdə öz maraqlarını diktə etmək niyyəti güdür. Lavrovun açıqlamasının başqa cür izahı yoxdur. Məsələ burasındadır ki, Lavrovun açıqlamasından dərhal sonra əllərində olan informasiyanı təhrif edərək müxtəlif sosial şəbəkə seqmentlərində yayırlar. Bu da onu göstərir ki, Rusiya informasiya manipulyasiyasından istifadə etməklə öz maraqlarını təmin etməyə çalışır.

Bu kontekstdə Qazaxıstan tərəfinin açıqlaması maraq doğurur. Astanadan qeyd edildi ki, Qazaxıstan ilkin rəsmi məlumatlar açıqlanmadan heç bir şərh verməyəcək. Rəsmi açıqlamadan əvvəl hansısa şərhi qeyri-ciddi mövqe saydırlarını bildirdilər. Məncə, ən doğru mövqe budur.

- Aydındır ki, “qara qutu”nun məlumatlarını Rusiyaya təyyarənin istehsal olunduğu və “qara qutu”nun oxunduğu Brazilya tərəfindən sızdırılıb. Rusiyanın məlumatları təhrif edərək ötürsə də, hər halda məlumat var. Bəs Brazilya niyə məlumatları əvvəlcədən sızdırıb?

- Bir qədər hadisənin əvvəlindəki informasiyalara, ehtimallara nəzər salmaq lazımdır. Təyyarənin istehsalçısı olan “Embraer” şirkətinin mütəxəssisləri Brazilyadan Qazaxıstana gəlib “qara qutu”nun oxunması ilə bağlı təklifini verdi və Azərbaycan buna razı oldu. Həmin vaxt Azərbaycanda belə fikir səsləndirildi ki, Brazilya BRİCS üzvüdür və Rusiya ilə çox yaxın münasibətləri, əlaqələri var, görəsən b una görə obyektivliyə zərər gəlməz ki? Ola bilər ki, Rusiya tərəfinə məlumatların sızdırılması bu münasibətlərdən qaynaqlanır. Yəni şirkət üçün birinci amil təyyarənin texniki qüsurlarının olmaması məsələsidir. Bundan kənar amillər – təyyarənin raketlə vurulması, onun niyə Aktauya yönləndirilməsi, Rusiya ərazisindəki başqa hava limanlarına niyə icazənin verilməməsi, təyyarə ekipajının özünü necə aparması “Embraer”i, dolayısı ilə Brazilya tərəfini az maraqlandırır. Şirkətə sadəcə maraqlı idi ki, təyyarədə texniki qüsur olmayıb, şirkətin günahı yoxdur. Qalan məsələlər istehsalçı şirkəti maraqlandırmadığı üçün “qara qutu”nun oxunmasından sonra əldə olunan ilkin nəticələr barədə məlumatları Rusiya tərəfinin istəyi ilə Moskvaya ötürmüş ola bilər.

- Azərbaycan bu informasiya manipulyasiyasının qarşısını necə ala bilər?

- Bu günlərdə Avropa məkanından iki açıqlama verildi ki, görünən odur bu açıqlamalarda Lavrovun tələm-tələsik açıqlamasının rolu var. Söhbət Polşanın Baş naziri Donald Tuskun “Rusiya hava məkanında mülki təyyarələr vurulur” bəyanatından gedir. Aydındır ki, Tusk bu sözlərində AZAL-ın təyyarəsinin raketlə vurulmasını nəzərdə tuturdu. Həmçinin Böyük Britaniya tərəfindən bəyanat verildi ki, lazım olarsa, London təyyarə qəzası ilə bağlı təhqiqat işinin aparılmasında iştirak edə, texniki köməyini göstərə bilər. Hesab edirəm ki, bu bəyanatlar Rusiyanın mövqeyinə qarşı, manipulyasiyalarına qarşı Avropadan edilən passiv etirazdır. Məncə, biz gözləməliyik. Bu, Lavrovun açıqlaması ilə, yaxud informasiya məkanını yalan, təhrif olunmuş informasiyalarla dolduraraq həqiqətin üzə çıxmasının qarşısının alınacağı, nəyinsə sübutunun ortaya qoyulacağı sadə hadisə deyil. Yəqin ki, Azərbaycan məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq. Təbii ki, mövqe Azərbaycan vətəndaşlarının və AZAL-ın mənafelərinin qorunması istiqamətində olacaq. Azərbaycan hadisənin obyektiv nəticələrində qətiyyətli mövqeyə sahibdir. Azərbaycanın birinci şəxsi, cənab Prezident öz sözünü deyib, qətiyyətini nümayiş etdirib. Kimin nə deməsindən asılı olmayaraq, Prezidentin dediyi şərtlər yerinə yetirilməlidir və yetiriləcək. Görünən odur ki, Rusiya hadisənin üstünü örtməyə cəhd edir. Amma bu, baş tutmayacaq.

- Bu cəhdlər fonunda Azərbaycan-Rusiya münasibətlərinin perspektivi nə vəd edir?

- Rusiya öz imicini qoruya bilməməsi, hava məkanında təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı narahatdır. Rusiyada belə mövqe səsləndirilir ki, Azərbaycan ölkənin müharibə şəraitində olduğunu nəzərə ala. Lavrov da açıqlamasında dedi ki, belə hadisələr olur. Bildirdi ki, Rusiyanın da helikopteri Azərbaycan tərəfindən səhvən vurulmuşdu. Bütün bunların hamısı Rusiyanın özünə bəraət qazandırmaq cəhdləridir. Gərək Rusiya təyyarənin vurulması barədə səmimi olsun. Bunu təkzib etmək, hansasa hadisə ilə bu hadisənin eyniləşdirilməsi doğru deyil.

Açıq demək lazımdır ki, Azərbaycan və Rusiya yaxşı münasibətləri qoruyub-saxlamalıdırlar. Bu gün Rusiya Azərbaycanla münasibətlərinin qaydasında olmasına məhkumdur. Azərbaycan da Rusiya reallığı ilə hesablaşır. Bir hadisəyə görə, dövlətlərarası münasibətləri birdəfəlik korlamaq olmur, lazım da deyil. Əlbəttə, AZAL təyyarəsinin vurulması hadisəsinin miqyasını əsla kiçiltmək olmaz. Amma münasibətlərin üstündən birdəfəlik xətt çəkmək də mümkün deyil. Dövlət maraqları, milli maraqlar münasibətləri qorumağı zəruri edir. Xüsusilə də iki qonşu ölkələr arasında. Nə Rusiya başqa yerə köçəsidir, nə də Azərbaycan. Biz qonşuyuq və normal qonşuluq münasibətləri davam etməlidir. Sadəcə böyük dövlət olan Rusiya böyük dövlət kimi davranış ortaya qoymalıdır. Başa düşürük ki, bu gün Rusiya ətrafında böyük hadisələr baş verir, müharibə gedir, olum-qalım dövrüdür. Lakin Azərbaycan tərəfinin təyyarəsi vurulub və bu, cinayətdir. Cinayətin isə cəzası olmalıdır. Rusiya tərəfi bu cinayəti törədənlərin cəzasını verməlidir, təzminatı ödəməlidir, digər lazımi addımlar atmalıdır. Bu, həm də böyük dövlətdən gözlənilən davranış olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri