Icma.az
close
up
RU
Qara qutu nədir və hansı hallarda açılır?

Qara qutu nədir və hansı hallarda açılır?

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Təyyarələrdə qara qutuları məcburi edən ilk ölkə 1963-cü ildə Avstraliya olub



"Flightradar24” (təyyarə transponder siqnallarına əsaslanan uçuş izləmə xidməti – red.) saytı dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin traektoriyasının 3D versiyasını paylaşıb.

Sözügdən paylaşımdan görünür ki, Rusiya ərazisindəki hava limanlarına enişinə icazə verilməyən və Aktau Hava Limanına yönləndirilən təyyarə qəzaya uğramamışdan əvvəl Xəzər dənizini böyük çətinliklə keçib.

Traektoriyadan dan aydın olur ki, təyyarə tarazlığın pozulması səbəbindən tez-tez qalxıb-ensə də, pilotların böyük əzmkarlığı nəticəsində Aktauya çatmağa nail olub.

Qeyd edək ki, yerli mənbələrin açıqladığı məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” sistemi tərəfindən vurulduqdan sonra ciddi zədə alıb. Hidravlik və elektron sistemi sıradan çıxan təyyarəni idarə etmək çətinləşib və nəticədə pilotlar Aktau Hava Limanına məcburi eniş etməli olublar.

Lakin təəssüf ki, eniş əsnasında baş verən uğursuzluq göyərtədə olan 67 sərnişin və heyət üzvü olan təyyarənin qəzaya uğramasına gətirib çıxarıb. Qeyd edək ki, qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

“Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin "qara qutu"ları ilə bağlı işlərə dekabrın 27-də Braziliyadan mütəxəssislər gəldikdən sonra başlanacaq”.

Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini və Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev məlumat verib. 

O qeyd edib ki, alqoritm, standartlar var və bütün ölkələr onlara əsasən addım atırlar: “İlk növbədə, vəziyyətə və bütün məlumatlara əsaslanaraq, təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılır və "qara qutu"larla bağlı nə etmək lazım olduğuna o qərar verir. Hazırda bu proses gedir - fraqmentlər və detallar toplanılır. İstehsalçı ölkə Braziliyadan olan mütəxəssislər, aviadaşıyıcının öz nümayəndəsi sabah gələcək. Bütün bu insanlar bir araya gələndən sonra "qara qutu"nun necə deşifrə edilməsinə qərar veriləcək”.

“Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, aviasiya sahəsindəki texnoloji inkişaf sayəsində hava səyahətləri quru və gəmi səfərlərindən daha təhlükəsiz hesab edilir. Hətta statistik məlumatlarda belə dünyada ən təhlükəsiz nəqliyyat vasitəsinin məhz təyyarələr olduğu qeyd edilir. Buna baxmayaraq, müxtəlif ölkələrdə çox sayda sərnişinlərin ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzaları baş verə bilir. Təyyarələrin içərisində olan “qara qutu”lar isə adından fərqli olaraq qəzaya səbəb olan araşdırmalara işıq salır, aydınlıq gətirir. 

Qara qutu hava səyahətləri zamanı uçuşla bağlı məlumatların qeydə alındığı bir vasitədir. Qəzadan sonra qəzaya səbəb olan amilləri müəyyən etmək üçün istifadə olunur.

Bu qutu iki cihazdan ibarətdir: uçuş məlumatlarını yazan (FDR) və kokpit səs yazıcısı (CVR). FDR sürət, vaxt, marşrut, hündürlük, mühərrik gücü kimi müxtəlif məlumatları 25 saat saxladığı halda, CVR son iki saatda pilotların öz aralarında olan danışıqlarını, hava hərəkətini idarə edən qüllələrdəki zabitlərlə radio danışıqlarını və kokpitdə səslənir.

Qara qutu kimi tanınan bu cihazlar, əslində, narıncı rəngdədir. Sadəcə, daha çox qara hadisələr zamanı həmin cihazdan istifadə edildiyi üçün qara qutu adı ilə hallandırılır. Qəza şəraitində tez tapılması üçün narıncı rəngdə hazırlanıb.

Qara qutular adətən təyyarənin qəza zamanı ən az vurulan hissəsi olan quyruq hissəsində yerləşir. Əgər cihazlardan biri qəza zamanı yararsız hala düşərsə, digərindən istifadə etmək mümkün olur. Eni və uzunluğu təqribən 25 sm, qalınlığı 6-7 mm-dir. Qara qutu paslanmayan alüminium  və poladdan hazırlanır. Eyni zamanda, onların istehsalında müxtəlif izolyasiya materiallarından istifadə olunur. Qutular güclü zərbələrə və yanğına davamlı olmaqla yanaşı, eyni zamanda suyun 6 min metr dərinliyində məlumatları qorumağı bacarır. 

Qəza nəticəsində təyyarələrin parçalanmasına baxmayaraq, bu cihaz əksər hallarda zədə görmür və qəzaların səbəbini aydınlaşdıran əsas sübut hesab olunur. Qara qutunun təyyarədəki əsas funksiyası pilotların danışığını, uçuş zamanı təyyarənin idarəetmə sistemində baş verən bütün əməliyyatları qeydə almaqdır. Pilot kabinəsində istifadə olunan bütün panellər hətta təyyarə xaricində olan işıqların yanma və sönməsi də qara qutunun beyninə həkk olunur. Qara qutu təyyarənin bütün uçuş, mühərrikin iş, elektrik parametrlərini yığıb saxlayır. Uçuş zamanı və ya lazım olarsa, aviasiya hadisəsi zamanı o açılaraq araşdırılır. 

Təyyarə qəzasından sonra bu qutuların necə tapılmasına gəldikdə isə qeyd edək ki, qəza zamanı təyyarədə olan sensorlar zərbədən sonra aktivləşir və siqnallar verməyə başlayır. Bu ötürücülər sayəsində beynəlxalq axtarış-xilasetmə peykləri dağıntıların və buna görə də qara qutunun yerini müəyyən edir. Lakin bu ötürücülər suyun altında siqnal göndərə bilmirlər. Bu səbəbdən qara qutulara enerjisini batareyalardan alan və suyun altında 30 gün ərzində 2-3 km məsafəyə səs dalğaları yayan ayrıca mexanizm yerləşdirilir.

Məlumat üçün bildirək ki, 1949-cu ildə İngilis aviasiya şirkəti "De Havilland" sərnişinlərə dünyanın ilk reaktiv təyyarəsi olan "Comet"i təqdim edib. Sürətli və rahat kometa ictimaiyyətin heyranlığını qazansa da, 1952-ci ildən bəri müxtəlif vaxtlarda yeddi sərnişin təyyarəsi qəzaya uğrayıb və xüsusən də son iki təyyarə qəzasında qəzanın nədən qaynaqlandığına dair heç bir şahid və ya ipucu tapılmayıb.

O dövrdə bəzi hərbi sınaq təyyarələrində uçuş məlumatlarını maqnit lentlərinə yazan qurğular olub, lakin bu cihazlar kommersiya təyyarələrində və ya qəza araşdırmalarında istifadə olunub. Bu cihaz çox güclü  olmadığı üçün səs yazıcıları heç istifadə olunmayıb.

Avstraliya Müdafiə Nazirliyinə bağlı Aviasiya Tədqiqat Laboratoriyalarında (ARL) çalışan alim David Uorren düşünüb ki, təyyarə qəzasından əvvəl son dəqiqələrdə nə baş verdiyini bilmək, qəzanın səbəbini müəyyən etməyə çalışan mütəxəssislərə kömək edəcək. Çünki təyyarədə nasazlıq olsaydı, bunu ən yaxşı o təyyarəni idarə edən pilotlar bilərdi. Buna görə də o, təyyarələrdə uçuş məlumatları ilə birlikdə kokpit danışıqlarını qeyd edən qəzaya davamlı yazıcıdan istifadə etməyi təklif edib. Uorren 1957-ci ildə mövzu ilə bağlı bir hesabat və prototip hazırladı. Lakin yüksək səviyyəli rəhbərlər Avstraliyada çox az sayda təyyarə qəzası baş verdiyini, bu cihazların təyyarələrdə istifadəsinin baha başa gələcəyini, bu cihazın “casus” kimi görünəcəyini və xoş qarşılanmayacağını bildirərək Uorrenin tələbini rədd ediblər.

Britaniya Hava Qeydiyyatı Şurasının sədri Robert Hardinqham bir il sonra ARL-ə baş çəkib və Uorren tərəfindən hazırlanmış qara qutu prototipini araşdırıb. “Qara qutu”dan təsirlənən Hardinqem Uorreni İngiltərəyə dəvət edib. Uorrenin aparatı Britaniya aviasiya mütəxəssisləri tərəfindən maraqla qarşılanıb. Bundan sonra Uorren mülki təyyarələrdə uçuş qeydiyyatını məcburi etmək üçün işə başlayıb.

Bu dəfə ARL Avstraliyaya qayıtması üçün ona tam dəstək verib. 1962-ci ildə qara qutunun prototipi təkmilləşdirilib və istehsaldan əvvəlki mərhələ başlayıb. Bu prosesdə qara qutunun həm qeyd, həm də saxlama xüsusiyyətləri daha səmərəli hala gətirilib və cihaz yanğına və zərbəyə davamlı qutuya yerləşdirilib. Təyyarələrdə qara qutuları məcburi edən ilk ölkə 1963-cü ildə Avstraliya olub. ARL və Uorren hazırladıqları qara qutuya görə heç bir patent üçün müraciət etməyiblər. Beləliklə, qara qutunun digər ölkələrdə də geniş şəkildə istifadəsinə yol açılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:345
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2024 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri