Icma.az
close
up
RU
İnsan dəyişərmi? Məryəm Bağırova yazır

İnsan dəyişərmi? Məryəm Bağırova yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məryəm Bağırova

“İnsan dəyişmir” – bu sözlər çoxlarına rahatlıq verir. Amma bəzən bir baxış, bir cümlə, bir xatirə – insanı tamamilə dəyişə bilər. Elə isə, bəlkə də dəyişməyən yalnız o fikirdir: “İnsan dəyişmir”.

Bəzən bir insanla qarşılaşırıq və deyirik: “O, tamam dəyişib”. Bəzən də özümüzə baxıb düşünürük: “Mən əvvəllər belə deyildim...” Bəs görəsən, bu dəyişən kimdir? Bizmi? Onlarmı? Yoxsa sadəcə zamanın toxunduğu bir güzgüdə fərqli görünürük?

Fəlsəfə əsrlərdir soruşur: “İnsan kimdir?” Amma bəlkə də əsl sual budur: “İnsan kimə çevrilir?” Çünki biz dəyişmədiyimizi sandığımız hər an, əslində yavaş-yavaş başqa bir “mən”ə çevrilirik. Hər seçim, hər peşmanlıq, hər sevinc – bizi yenidən yoğurur. Və bu yoğrulma heç vaxt bitmir. “İnsan dəyişmir” deyənlər, bəlkə də dəyişməkdən qorxanlardır. Onlar öz içlərinə boylanmağa cəsarət etməyənlərdir. Amma dəyişmək – var olmağın özü, yaşamanın mahiyyətidir. Həyat bir səhnədirsə, insanın xarakteri bu səhnədə hər an yeni bir rola bürünə bilər. Və o rolların içində bəzən özümüzü taparıq, bəzən itirərik. Amma hər dəfə bir az daha böyüyərik, bir az daha dərinləşərik.

İnsan xarakteri daş kimi sərt və dəyişməz deyil. O, daha çox gil kimidir – şəraitə, yaşantıya və daxili qərarlara bağlı olaraq formalaşan, bəzən dağılmağa, bəzən isə yenidən yoğrulmağa meyillidir. Tarix və psixologiya bizə sübut edir ki, insan dəyişə bilər – hətta köklü şəkildə. Xarakter dəyişimi hələ öz-özünə yaxşı və ya pis deyildir. O, iktərəfli bir yol – bizi zirvələrə qaldıra, ya da uçuruma yuvarlada bilər.

Pozitiv istiqamət: Yeni qarşılaşmalar, ilham verən şəxsiyyətlər, içimizdəki əfsanələri oyadır; motivasiyamızı, mərhəmətimizi, yaradıcı gücümüzü artırır.

Neqativ istiqamət: Zərər verən münasibətlər, təkrarlanan xəyanətlər, laqeydlik – içimizdəki işığın birdəfəlik sönməsinə yol aça bilər. Hər iki halda, xarakterimizin məcrasını kəsb edən, çox zaman ən “kiçik” nüanslardır.

Bəs bizi nə dəyişir?

Travmalar – Ağrılı hadisələr bizi yenidən düşünməyə, dəyərlərimizi və prioritetlərimizi sorğulamağa vadar edir.

Yeni mühit və insanlar – Fərqli düşüncəli insanlarla ünsiyyət, bizi iç dünyamızla qarşı-qarşıya qoyur.

Məqsəd tapmaq – İnsan öz missiyasını dərk edəndə, daxili səsinə qulaq asanda dəyişməyə meyilli olur.

Sevgi və empati – Həqiqi sevgi insanın içindəki qaranlıq nöqtələri belə işıqlandıra bilir.

Aristotel deyirdi ki, xarakter – vərdişlərimizin toplamıdır. Amma vərdişlərimiz də təkcə bizim fəaliyyətimizdən deyil, eyni zamanda başqalarının bizə yönəltdiyi hərəkətlərdən doğur.

Nitsş deyirdi: “İnsan, başına gələnlər qarşısında verdiyi reaksiyalardan ibarətdir”. Bizə edilənlər bizim seçimiz deyil. Amma onlara verdiyimiz cavablar – bizi biz edən əsas faktordur. Bu cavablar təkrarlanır, vərdişə çevrilir və sonda xarakter adını alır. Yəni biz, həm özümüzün yaradıcısıyıq, həm də başqalarının əllərində şəkil alan məxluqlar.

Amerikalı psixoloq Valter Mişel uzun illər apardığı tədqiqatlarda insanların davranışlarının sabit olmadığını, vəziyyətə görə dəyişdiyini göstərdi. Yəni bir insan bir kontekstdə səbirli, başqa bir kontekstdə isə səbirsiz ola bilər. Deməli, xarakter sabit bir sistem deyil, daha çox inkişaf edən bir prosesdir.

Digər tərəfdən, 75 illik Harvard Tədqiqatı – dünyada ən uzun psixoloji araşdırmalardan biri – göstərdi ki, insanların şəxsiyyət xüsusiyyətləri yaşla dəyişir. Məsələn, insanlar orta yaş dövründə daha vicdanlı və emosional cəhətdən sabit olurlar. Yəni gənclikdəki “mən”lə qocalıqda olan “mən” eyni deyil.

Yəhudi əsilli Edit Eger Ausşvitz ölüm düşərgəsində ailəsini itirmiş, ən dərin travmaları yaşamışdı. Lakin o, bu ağrıları içində saxlamadı. Psixoloq oldu, minlərlə insana kömək etdi və dedi: “Həyat sizə nə edirsə, bu, sizin seçiminiz deyil. Amma nə etdiyiniz – sizin azadlığınızdır”. Bu, xarakterin dəyişə biləcəyinin parlaq nümunəsidir. Gənc yaşlarında radikal fikirlərlə ölümə məhkum edilən Dostoyevski, edam anından son anda bağışlanaraq Sibirə sürgün edildi. Bu dönüş nöqtəsi onun yazılarını, düşüncələrini və ruhunu dəyişdirdi. “Cinayət və Cəza” kimi əsərlər onun xarakterindəki dərin dəyişimin izləridir.

Xarakter – sabit portret deyil, hər an yenilənən tablodur. Hər bir toxunuş – kiçik bir fırça zərbəsidir: bəzən parlaqlıq qatır, bəzən kölgə salar. Odur ki, insan dəyişməz deyil; dəyişməyən yalnız, bu daxili metamorfozanın sirlərinə hələ göz açmayanlardır. Bəziləri deyir: “Xarakterim belədir, dəyişə bilmərəm”. Bu cümlə, ən təhlükəli susqunluqdur. Çünki dəyişməyən tək şey – daşdır. İnsan isə canlıdır. Daxili çevrilməyi bacaran, qırıldıqda yenidən düzələ bilən, tək bir sözdən ruhlanıb yeni səhifə aça bilən bir varlıqdır. Biz hər gün bir az daha dəyişirik. Bəzən yaxşıya, bəzən çarəsizliyə. Amma dəyişirik. Və dəyişə bildiyimiz üçün yaşamağa dəyər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1166
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri