Icma.az
close
up
RU
Qara zirənin sağlamlığa faydaları

Qara zirənin sağlamlığa faydaları

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çörəkotu Asiya ölkələrinə xas bir bitki olan - Nigella sativa toxumlarından əldə olunur. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə toxumu da adlandırırlar.

News24.az xəbər verir ki, çörəkotunun insan sağlamlığına bir sıra faydaları var.

Bu ədviyyat antioksidantlarla zəngindir. Qara zirə iltihab əleyhinə xüsusiyyətlərə malikdir və iltihabla mübarizə aparır. Tərkibindəki komponentlər immunitet sistemini gücləndirməyə kömək edir. Bu da bədəni infeksiyalardan və xəstəliklərdən qoruyur.

Çörəkotu qan təzyiqini aşağı salır və xolesterol səviyyəsini yaxşılaşdırır. Ürək-damar sağlamlığını dəstəkləməyə kömək edir. Yüksək qan təzyiqinə faydalıdır və xolesterolu tarazlaşdıraraq ürək xəstəliklərindən qoruyur.

Qara zirə qaraciyərin sağlamlığını dəstəkləyir. Qaraciyərin bədəndən toksinləri təmizləməsində rol oynayır. Bundan əlavə xərçəng riskini azaltmağa kömək edir.

Çörəkotu astma simptomlarını aradan qaldıra və allergik reaksiyaları azalda bilər. Həmçinin mədə narahatlığını aradan qaldıra və həzm sistemini sakitləşdirə bilir. Həzm prosesini tənzimləməyə yardımçı olur.

Səhərlər acqarına qara zirə toxumu istehlak etmək aclıq hissini aradan qaldıra və arıqlamaq istəyənlər üçün faydalı ola bilər.

Ədviyyat orqanizmi antioksidantlarla təmin edən birləşmələri ehtiva edir. Bu antioksidanlar sərbəst radikalları zərərsizləşdirərək hüceyrə zədələnməsini azalda və yaşlanmanı gecikdirə bilir. Qara zirə toxumu dəri problemlərini aradan qaldırmaq üçün istifadə edilə bilər.

Sızanaq və ekzema kimi dəri problemlərini aradan qaldırmağa da faydalıdır.

Antiseptik xüsusiyyətləri ağızdakı mikroblarla mübarizə aparmağa və diş əti xəstəliklərinin qarşısını almağa yardımçı olur.

Hər gün 1 çay qaşığı qara zirə istehlak edilməsi tövsiyə edilir. Həddindən artıq istifadəsi insan sağlamlığına zərər verə bilər.\\qafqazinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Yanvar 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri