Qarabağ 2000 manat cərimələndi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə etdiyi (1:1) matçda yaşananlar səbəb olub.
"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb.
Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsüm ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in dörd üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Baxış sayı:131
Bu xəbər 12 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















