Qarabağ a maksimum dərəcədə yaxşı oynamalısan, əks halda uğursuz nəticə qaçılmazdır Tvente nin baş məşqçisi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk oyununda Enşededə “Qarabağ”a 1:0 hesabı ilə uduzması haqda danışıb.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis cavab görüşündə şanslarının olduğunu deyib:
“Zvolle”ni məğlub etdikdən sonra “Qarabağ”la oyuna pozitiv çıxmışdıq. Buna baxmayaraq, "Qarabağ"a qarşı ağır məğlubiyyət aldıq. Bu cür komandaya qarşı maksimum dərəcədə yaxşı oynamalısan, əks halda pis nəticə qaçılmazdır. Bəzi oyunçular öz potensialından aşağı oynadı. Bunu izah etmək çətindir, axı son matçdakı heyətlə başlamışdıq və oyun fərqli idi. Amma biz bu cür vəziyyətlə qarşılaşdıq. Bununla belə, bəzi müsbət məqamlarımız oldu ki, bu da bizə cavab oyununa ümid verir. Komandam daha yaxşı oynaya bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 21 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















