Icma.az
close
up
RU
İlham Əliyev Qarabağ atının alnından niyə öpdü: Şuşada verilən şifrəli mesajın anlamı

İlham Əliyev Qarabağ atının alnından niyə öpdü: Şuşada verilən şifrəli mesajın anlamı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk törəsində at bağışlamaq sıradan bir hədiyyə deyil. Bu, siyasi məna daşıyan, ideoloji dərinliyi olan, eləcə də ruhi və tarixi kodlara bağlı bir törə mərasimidir.

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədova Şuşada at bağışlaması isə sadəcə dostluq jesti yox, 25 illik diplomatik buzları əridən, Oğuz ruhunu dirçəldən, yeni bir mərhələnin başlanğıcını simvolizə edən mühüm hadisədir.

Türk etnosunda at, qılınc və övlad müqəddəs sayılır. Atını dostuna bağışlayan türkün niyyəti aydındır: “Sən mənim canımsan, sənə öz ruhumu, şöhrətimi, sərvətimi, yol yoldaşımı əta edirəm, sənə güvənirəm.” pizza mizza

Prezident İlham Əliyevin bağışladığı atı əvvəlcə qaşqasından öpməsi isə qədim Türk inancına görə ruhani bağın qəbulü və bu dostluğa sadiqlik andıdır.

Bu səhnə həm də Türk liderlərinin bir-birinə “qanlı, canlı” qardaşlıq əhdi verməsinin çağdaş formasına çevrildi.

Oğuz soyunun iki güclü dövləti — Azərbaycan və Türkmənistan — əsrlər boyu eyni dil, eyni mədəniyyət, eyni törədən çıxmış xalqlar olsa da, son 30 ildə münasibətlərdə sükut və ehtiyatlılıq hökm sürürdü.

Səbəblər məlumdur:

• Xəzər dənizinin hüquqi statusu və dəniz sərhədlərinin bölüşdürülməsi

• Xəzərin dibində yerləşən enerji yataqları (xüsusilə “Kəpəz/Sərdar” yatağı) üzərində mübahisələr

• Türkmənistanın beynəlxalq siyasi neytrallıq xətti, Azərbaycanın isə aktiv geopolitik gücə çevrilməsi.

Bu gərginlik uzun illər rəsmi səfərlərin və açıq əməkdaşlığın qarşısını alırdı. Lakin bu buz İlham Əliyevin çoxvektorlu, zərif və ideoloji əsaslı diplomatiyası ilə əriməyə başladı.

Musavat.com-un şərhçisinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ zəfəri, yalnız Azərbaycan torpaqlarının azadlığı deyildi.

Bu, eyni zamanda Türk dünyasının siyasi, ideoloji və coğrafi inteqrasiyasını stimullaşdıran, “Türk Evi”, "Türk Birliyi - Turan" ideyasını aktuallaşdıran qələbə oldu.

Azərbaycan indi artıq:

• Türk Dövlətləri Təşkilatının mərkəzi oyunçusudur;

• Türk enerji təhlükəsizliyinin əsas qovşağıdır;

• Zəngəzur dəhlizi ilə Orta Asiyanı və Anadolunu birləşdirən təbii körpüdür.

Bu kontekstdə at bağışlama mərasimi, bir tərəfdən siyasi barışın, qarşılıqlı etimadın simvolu, digər tərəfdən isə Türk Dünyasının birliyinə İlham Əliyev tərəfindən verilmiş ruhani and idi.

Qaşqadan öpmək — bir türk liderinin digər bir türk dövlətinə canından verdiyi sədaqət işarəsidir.

Bu öpüş, sadəcə mərasim jesti deyil, Türk birliyinə, Qızıl Alma ideyasına, ruhani və coğrafi birliyə and içməkdir.

İlham Əliyev bu mesajla Qurbanquluya deyir:

“Qardaşlığımız yalnız dillə deyil, ruhla, tarixi kodla möhkəmlənməlidir. Biz bir ailəyik. Və bu ailənin birliyi artıq rəsmi konsepsiya deyil, dövlət liderlərinin davranışında yaşayan gerçəklikdir.”

Prezident İlham Əliyevin fəaliyyəti artıq təkcə Azərbaycanın maraqları ilə məhdudlaşmır. Onun liderliyində Türk dünyasının bütövləşməsi, coğrafi və mənəvi sərhədlərinin silinməsi kimi ideoloji əsaslı bir strateji xətt aydın görünür.

Bu yolun başlanğıcı Qarabağ zəfəri ilə qoyuldu. Qarabağ yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün milli yaddaş və əcdad torpağıdır.

Məhz Qarabağın azad olunması ilə Türk Dövlətləri Təşkilatının məzmunu və təsiri dəyişdi, təsisatın formal çərçivədən çıxaraq vahid Türk ailəsinə çevrilməsi prosesi başladıldı.

Bugün artıq Şuşa — Türk dünyasının mənəvi mərkəzi, təşkilatlanma rəmzidir.

Azərbaycan Prezidenti məhz Şuşa, Ağdam, Xankəndi kimi adları, türk kimliyi daşıyan şəhərləri bir ideoloji mayak olaraq önə çıxarır və Türk dövlətlərini birləşdirən yeni dəyərlər sisteminə çevirir.

Bu, həm Oğuz, həm Qıpçaq, həm də Karluk mənşəli türk topluluklarının – fərqli bölgələrdə yaşayan, fərqli dialektlərlə danışan, amma eyni kökdən gələn türk xalqlarının bir ev, bir millət, bir şüur halına gətirilməsi cəhdidir.

İlham Əliyevin Türkmənistan Prezidentinə at bağışlaması da sadəcə bir diplomatik jest deyil – bu, Türk dünyası naminə verilmiş vəfa andıdır.

Bu, “rəqəmsal əsr diplomatiyasında” ata dönməkdir — qürurla, kimliyini unutmadan.

Bu, Qızıl Alma ideyasına sədaqət andıdır — bir gün bütün Türk ellərini vahid ailə, vahid məkanda birləşdirmək istəyi və iradəsidir.

Bu, "Türk Şengeninə", Yeni Turana aparan qürurlu, təmkinli, strateji bir yürüşdür.

İlham Əliyev bu yürüşü Qarabağ üzərindən, müqəddəs torpaqların azadlığı üzərindən qurur.

Onun strategiyası yalnız coğrafiya deyil – tarix, kimlik və gələcək qurur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri