Icma.az
close
up
RU
Qarabağ Benfika səfərində tarixi qələbə qazandı ÇL

Qarabağ Benfika səfərində tarixi qələbə qazandı ÇL

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Metbuat.az-ın məlumatına görə, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

***

00:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda beşinci qol vurulub.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 3:2.

86-cı-ci dəqiqədə Aleksey Kaşuk rəqib diqqət mərkəzinə düşüb.

***

00:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

00:03

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

***

23:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

***

23:32

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

23:18

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

***

23:07

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

***

23:01

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see310

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see275

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see271

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see270

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see263

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see260

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see253

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see248

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see238

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see233

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see224

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see221

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see216

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see216

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see204

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see204

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see204

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri