Icma.az
close
up
RU
Qarabağ bölgəsində elmin inkişafına diqqət ayrılmalıdır Kərim Kərimli

Qarabağ bölgəsində elmin inkişafına diqqət ayrılmalıdır Kərim Kərimli

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən əlavə dəyər vergisinin 50 %-i geri qaytarılacaq. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Təklif edilən dəyişikliklər Milli Məclisin iclasında səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Qərarı tanınmış jurnalist, şair, publisist Kərim Kərimli Demokrat.az-a açıqlamasında dəyərləndirib. Onun fikrincə, mədəniyyət hər zaman diqqət və qayğı tələb edir:
“Qərarın düzgünküyünü qəbul edirəm, yəni mədəniyyətə xidmət etmək lazımdır. Mədəniyyət xalqa xidmət edir, xalq da mədəniyyətə xidmət edir və mədəniyyətin inkişafı, yeni mədəniyyət nümunələrinin yaranması üçün bu sahəyə qayğı göstərmək lazımdır. Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılması da bu addımlardan biridir. Ancaq, mənim fikrimcə, Azərbaycan Respublikasının bütün ərazilərində, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda daha çox elmin inkişafına fikir vermək lazımdır. Misal üçün, mənim iradəm olsaydı, işğaldan azad olunmuş ərazilərdə elmlə məşğul olan şəxslərə yüksək məbləğdə əməkhaqqı müəyyən edərdim və ya digər stimullaşdırıcı tədbirlər görərdim. Onsuz da Qarabağda mədəniyyət həmişə dominantlıq təşkil edib, Üzeyir Hacıbəyovdan, Cabbar Qaryağdıoğlundan üzübəri. Şuşa Qafqazın konservatoriyasıdır, kim oxumursa, şuşalı deyil – bu ifadələri yanlış deməyiblər. Şuşa mədəniyyətimizin, musiqimizin paytaxtıdır. Mədəniyyətin inkişafı iqtisadiyyatdan asılıdır. İqtisadiyyat nə qədər çox inkişaf edərsə, digər sahələr də bir o qədər inkişaf edər”. 
K.Kərimli qeyd edib ki, bütün bunlarla yanaşı, Qarabağ bölgəsində elmin inkişafına xüsusi diqqət ayırmaq lazımdır: 
“70-80-ci illərdə Şuşada riyaziyyat, fizika kimi elmlər çox yüksək inkişaf etmişdi. Hesab edirəm ki, bu gün də azad edilmiş ərazilərdə informasiya texnologiyalarının, müasir texnologiyaların, kompüter elmlərinin inkişafına şərait yaradılmalıdır. Çoxsaylı mədəniyyət festivalları keçirilir – Xarıbülbül festivalı, Vaqif Poeziya Günləri, dünyanın bir çox ölkələrindən orkestrlər gəlib burada konsertlər verir. Amma elmə ayrıca diqqət göstərilmir. Məncə, elmin daha sürətli inkişafına nail olmaq lazımdır. İşğaldan azad olunmuş ərazilərin inkişafı elmdən asılıdır”.
Törə Zeynallı
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri