Icma.az
close
up
RU
Kərim Kərimli Bakıda ermənilərin məhkəməsində şahid kimi ifadə vermək istəyir

Kərim Kərimli Bakıda ermənilərin məhkəməsində şahid kimi ifadə vermək istəyir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yaralı əsgərin taleyi hələ də məni narahat edir”


Yazıçı-publisist, şuşalı Kərim Kərimli hazırda Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə prosesinə sədrlik edən və tərkibin üzvlərindən ibarət məhkəmə heyətinin nəzərinə mühüm bir məqamı təqdim edib. K.Kərimli 1998-ci ilin avqust ayında İsveçrənin Xarici İşlər Nazirliyinin layihəsi əsasında Qarabağa və Xankəndiyə səfər edən qrupun tərkibində olub və 4 gün Xankəndidə qalıblar. K.Kərimli Xankəndi şəhərində hazırda Bakı şəhərində məhkəməsi gedən və Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərdən biri ilə – Arkadi Qukasyanla onun zəbt etdiyi otaqda üzbəüz etdiyi söhbət barədə statusu sosial şəbəkədə paylaşıb. K.Kərimli həmin görüş zamanı A.Qukasyandan azərbaycanlı hərbi əsirin azad edilməsini istəyib. K.Kərimli söhbəti detalları ilə təqdim edib:    

“ - Mənim şəxsi əlaqələrim vasitəsilə əldə etdiyim məlumata görə, hazırda burada, Xankəndi şəhərindəki binalardan birinin zirzəmisində bir yaralı azərbaycanlı əsgər – hərbi əsir saxlanılır. Deyilənə görə, vəziyyəti yaxşı deyil. Siz bir qədər əvvəlki çıxışınız zamanı qeyd etdiniz ki, şəxsən siz sülh və əmin-amanlıq, humanizm və xeyirxahlıq tərəfdarısınız. Əgər bu, həqiqətən də, belədirsə və siz doğrudan da, humanizm tərəfdarısınızsa, onda tabeçiliyinizdə olan şəxslərə göstəriş verin, həmin yaralı əsiri azad etsinlər və biz onu özümüzlə Bakıya aparaq. Yaralı halda əsir düşmüş və hazırda sizin üçün heç bir təhlükə törətməyən və aldığım məlumata əsasən bugünkü vəziyyəti gələcəkdə də hərbi işə yararsız olacağını göstərən bir şəxsin azad edilərək doğmalarının yanına göndərilməsi, doğrudan da, humanizmin nümayişi ola bilər və bir az əvvəl sizin bir neçə dəfə vurğuladığınız xoş məram və şəfqət hissinin səmimi olduğunu təsdiq edər. Bunları nəzərə alıb həmin yaralı azərbaycanlı əsgərin azad edilməsi üçün göstəriş verin. Bu, sülhyaratma prosesinə də çox müsbət təsir edən böyük bir addım ola və çox böyük və müsbət əks-səda doğura bilər.

Arkadi Qukasyan mənə belə cavab verdi:

– Bəli, belə bir əsirin olması barədə məndə də məlumat var və sizi inandırıram ki, məndə olan məlumat heç də sizdə olandan artıq deyil. Bununla belə, mən də böyük məmnuniyyətlə yaralı insanın azad olunaraq öz vətəninə getməsinə razı olar, yaxud ən azı etiraz etməzdim. Lakin çox böyük təəssüf ki, bu məsələ mənim səlahiyyətlərimə aid məsələ deyil. Bizdə hərbi əsirlərin taleyi Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə aiddir. Əsirlərin taleyini onlar həll edir. Mənim isə bir prezident kimi onlara kiminsə azadlığa buraxılması, yaxud öz vətəninə göndərilməsi barədə birbaşa göstəriş və ya əmr vermək səlahiyyətim yoxdur. Ona görə də mənim sizin arzunuzu yerinə yetirməyim hazırkı vaxtda qeyri-mümkün görünür.

– O halda biz düşünə bilərikmi ki, sizin görüşün əvvəlində söylədiyiniz nitqdə qeyd etdiyiniz humanizm, insanlıq, sülh və əmin-amanlıq, şəfqət və mərhəmət hissləri barədə dedikləriniz, sadəcə, söz xatirinə deyilmiş sözlərdir və heç də sizin səmimi məramınızdan xəbər vermir?

– Siz məni təxribata çəkmək, özümdən çıxarmaq istəyirsiniz və bununla da, qeyri-adekvat addım atmağa təhrik edirsiniz. Yaxşı, mən sizə kömək edə bilərəm. Daha doğrusu, həmin şəxsin buraxılmasının hansı yolla mümkün olduğunu izah edə bilərəm. Yaxşısı budur ki, siz DQR MTX-nin rəisinin adına bir ərizə, yaxud məktub yazın və həmin şəxsin azad edilməsini xahiş edin. Ümid edirəm ki, o sizin məktubunuza biganə qalmaz.

– Baxın, əsl təxribat budur. Siz bizi qeyri-qanuni yaradılmış bir qondarma qurumun rəhbərinə məktub yazmağa yönəldirsiniz. Özünüz də bilirsiniz ki, bu mümkün deyil və heç vaxt da mümkün olmayacaq. Biz həyatımıza təhlükə ola biləcəyi təqdirdə belə bu cür məktub yazmarıq və yaza da bilmərik.

– Onda mənim adıma belə bir müraciət yazın. Mən isə çalışaram ki, DQR prezidenti kimi əlimdə olan imkanlardan istifadə edərək təhlükəsizlik xidmətinə istədiyiniz şəxsin buraxılması üçün hər hansı təsir göstərim.

– Azərbaycan dilində buna deyirlər: “Üzrü günahından betər!”. Biz bu şəhərdə hansısa zirzəmidə hazırda qan içində az qala can verən bir insanın azad edilməsini, bununla da, bayaqdan bəri burada danışdığınız sözlərin səmimiliyini sübut etməyinizi istəyirik, siz isə hazırda olduğunuz mövqenin sizə verdiyi fürsətdən istifadə edərək söhbəti ironiyaya çevirirsiniz. 

– Təəssüf ki, mən qeyd etdiyimdən başqa heç bir kömək edə bilmərəm. Bu, mənim səlahiyyətlərim və imkanlarım xaricindədir.

– Elə isə heç olmasa, imkan verin biz həmin yaralı əsgərlə görüşək. 

– Nə üçün? Nə məqsədlə?

– Vəziyyətinə baxaq. Kimliyini öyrənək, mümkün olsa, ondan bir məktub alıb valideynlərinə çatdıraq. İnsanı sevindirək, ona ümid verək ki, burada ölməyəcəyinə, öldürülməyəcəyinə inansın. 

– Təəssüf ki, mən burada da gücsüzəm. Yalnız onun öz yaxınları müraciət edərsə, düşünürəm ki, xüsusi xidmət orqanları onlara şərait yarada bilərlər.

– Axı biz onu görməsək, onunla görüşməsək, kim və haralı olduğunu, ailəsinin, yaxınlarının kimliyini, ünvanını özündən öyrənməsək, onlar necə müraciət edə bilərlər? Onlar nə bilir ki, oğulları burada saxlanılır?!

Digər tərəfdən, bəlkə elə doğrudan da, bizdən kiməsə yaxınlığı var. Bunları da bilmək üçün onun özü ilə görüşmək lazımdır.

Qukasyan yenə də çiyinlərini çəkərək başını buladı və:

– Təəssüf ki, bir daha qeyd edirəm, bu məsələdə mən sizə heç bir kömək edə bilməyəcəyəm, – dedi. – Bu, mənim kompetensiyama aid deyil”. 

K.Kərimli bu barədə ilk deyil danışdığını, o zaman da səfərdən qayıdan kimi keçirdiyi mətbuat konfransında elan etdiyini, sonralar da bir neçə dəfə həm yazılı, həm də şifahi qaydada, verdiyi müsahibələrdə hadisənin üzərinə qayıtdığını qeyd edib. K.Kərimli hakimlərə müraciət edərək məhkəmə dindirməsi zamanı müttəhim Arkadi Qukasyandan həmin yaralı əsgərin taleyi barədə də soruşmalarını, “həmin əsirin başına nə gəldi” deyə, izah tələb etmələrini istəyir. 

Məlum hadisə K.Kərimlinin hazırkı məhkəmə prosesində şahid qismində dindirilməsini zəruri etmirmi?   


“Sherg.az"a  açıqlamasında K.Kərimli qeyd etdi ki, o zaman da A.Qukasyana çəkinmədən “gün gələcək, sizi Bakıda dəmir barmaqlıqlar arxasında mühakimə edəcəyik”, söyləyib. K.Kərimli məhkəməyə dəvət olunarsa, məmnuniyyətlə şahid qismində ifadə verməyə hazır olduğunu dedi: 

- İstintaq gedən dövrdə qeyri-rəsmi kanallarla mənə müraciət etmişdilər ki, sizi dəvət edəcəyik. Hətta rəsmi bildiriş də olub ki, dəvət edəcəyik. Amma indiyədək çağırılmamışam. Hazırda idarədə işləyirəm. Konkret iş rejimi əsasında. Yəni iş yerini əsassız tərk edə bilmərəm. A.Qukasyan və onun bandasının məhkəməsi  barədə deyim ki, özüm məhkəmədə iştirak üçün müraciət etməmişəm, istintaq orqanı tərəfindən də dəvət edilməmişəm. 

“Şahidi olduğunuz və xatırlatdığınız hadisə sizin məhkəmədə ifadə verməyinizi zəruri etmirmi” sualına cavabında K.Kərimli bildirdi ki, istintaqa çağırılacağını gözləyib: “Hesab edirdim ki, məni dəvət edərlər. Yaralı əsgərin taleyi hələ də məni narahat edir. Ona görə hakimlərə belə bir müraciət ünvanladım ki, ittiham olunanlardan bu barədə soruşsunlar”.


 K.Kərimli qeyd etdi ki, məhkəmə zəruri hesab edərsə və onu şahid qismində dəvət edərlərsə, əlbəttə, məhkəmədə iştirak etməyə hazırdır: 

- O zaman biz A.Qukasyanla görüşəndə o, özünü “DQR” prezidenti kimi təqdim etmişdi. Mən də sual verməyə başlayanda demişdim ki, mən sizi keçmiş həmkarım kimi tanıyıram və həmkar kimi müraciət edirəm. A.Qukasyan rus dilində “Sovetskiy Karabax” (erməni dilində “Sovetakan Karabax”) qəzetinin müxbiri işləyib. Bu qəzet vilayət partiya komitəsinin orqanı idi. Sonra vəzifəsini pillə-pillə böyütmüşdülər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see117

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see117

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see116

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see116

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see114

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see113

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see113

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see112

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see110

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see110

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see110

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri