Icma.az
close
up
RU
Kərim Kərimli: “Heç bir tarixi abidəni iş adamlarına vermək olmaz”

Kərim Kərimli: “Heç bir tarixi abidəni iş adamlarına vermək olmaz”

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Səyyad müəllim yazıçıdır, yazıçı bəşəri ideyalara işıq tutan, öz ölkəsinin milli sərvətlərinə, tarixinə həssas yanaşan və bunu tələb edən şəxs olmalıdır”

Milli Məclisdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Səyyad Salahlının tarixi-mədəniyyət abidələrinin iş adamlarının istifadəsinə verilməsi təklifi birmənalı olaraq mənfi qarşılanıb. Deputat çıxışı zamanı deyib ki, abidələrin əksəriyyəti dağılmaq təhlükəsi ilə üz-üzədir: “Məsələn, hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrdən gündə bir kərpic düşür. Çünki abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Onlar da abidələri bərpa edə və həmin məkanda hansısa bir fəaliyyətlə məşğul ola bilərlər. Bunun başqa yolu yoxdur. Əgər məsələ qaldırırıqsa, bundan sonrakı vəziyyəti də düşünməliyik. Tutaq ki, abidələri pasportlaşdırdıq, bəs sonra?" S.Salahlının çıxışına Milli Məclisin spikeri  Sahibə Qafarova da sərt münasibət göstərib. “Azərbaycan dövlətinə nə gəlib ki, abidələr sahibkarların öhdəsinə verilsin?!” deyən spiker tarixi abidələrə nəzarətin Azərbaycan hökumətinin səlahiyyətində olduğunu söyləyib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov da deputata cavabında qeyd edib ki, abidələrin pasportlaşdırılması vahid qaydada həyata keçiriləcək. Deputat Şahin Seyidzadə vurğulayıb ki, gələcəkdə elektron qeydiyyat sisteminin yaradılması və abidələrin beynəlxalq, dövlət və yerli əhəmiyyətli olmaqla təsnifatlaşdırılması nəzərdə tutulur.


Hazırda Şuşa şəhərinin sakini, yazıçı-publisist, əslən qarabağlı Kərim Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ölkə ərazisindəki tarixi abidələrin pasportlaşdırılması, inventarlaşdırılması çox vacibdir:

- Hesab edirəm ki, bu iş həyata keçirilməlidir. Təəssüf ki, indiyədək həllini tapmayıb. İllərdir belə məlumatlar verilirdi ki, iş gedir, tarixi abidələr siyahıya alınır, inventarlaşdırılır, kataloqa salınır və sair. Amma 30 ildir niyə bu məsələ həllini tapmayıb, təəccüblüdür. Təbii ki, mən bunu 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərə şamil etmirəm. 44 günlük Vətən müharibəsin də ərazilərimiz işğaldan azad olundu, yəni son 5 il elə də uzun müddət deyil ki, bu iş tamamlansın. Həm də işğaldan azad olunan ərazilərimizdə tarixi abidələr çoxdur, buna görə də proses ləngiyə bilər. İnventarlaşdırma prosesinə start verilsə, əlbəttə, bu, birmənalı şəkildə dəstəklənməlidir. Qarabağ ölkəmizin tarixi abidələrlə zəngin bölgəsidir. Xüsusən də Şuşa. Şuşada az qala hər addım tarixdir. Əgər Milli Məclisdə deputat Səyyad Salahlı tarixi abidələrin sahibkarlara verilməsi təklifini səsləndiribsə, buna çox təəccüblənirəm. Səyyad müəllim yazıçıdır. Yazıçı bəşəri ideyalara işıq tutan, öz ölkəsinin milli sərvətlərinə, tarixinə həssas yanaşan və bunu tələb edən şəxs olmalıdır. Heç bir tarixi abidəni iş adamlarına vermək olmaz. Xüsusən də sahibkarların hazırda mövcud olduqları səviyyəyə hansı vasitə və yollarla nail olduqlarını nəzərə alsaq, onlara tarixi abidələri həvalə, etibar etmək olmaz. Darmadağın edəcəklər, görkəmini, təyinatını dəyişdirəcək, uçurub yerində bina, obyekt tikəcəklər.


K.Kərimli qeyd etdi ki, ölkə ərazisindəki tarixi abidələr siyahıya alınıb, pasportlaşdırılıb, yalnız dövlət təşkilatlarının öhdəsinə, himayəsinə verilməlidir:

- Daha yaxşı olardı ki, 1- 2 şəxs yox, bir neçə nəfər, həm də mütləq qaydada bu sahə üzrə mütəxəssislərdən ibarət komissiya yaradılsın, abidənin tarixiliyi öyrənilsin, təsnifat aparılsın yerli, ölkə və ya beynəlxalq əhəmiyyətlidir, buna uyğun da pasportlaşdırma aparılsın. Bəzi hallarda görürük ki, tarixi irsimizə qarşı ciddi laqeydlik var. Hətta bəzən cinayətkarcasına münasibət göstərilir. Tarixi abidələrdə iaşə obyektlərinin yaradılması yolverilməzdir. Abidələrə status verildikdən sonra turist marşrutlarına daxil edilməlidir ki, özlərini maliyyələşdirə bilsinlər. Öz gəlirləri hesabına qorunsunlar, ehtiyac yarandıqda təmir, restavrasiya edilsinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri