Icma.az
close
up
RU
Kərim Kərimli: Şuşada Zəfər muzeyi olacaq, bu, yetərlidir

Kərim Kərimli: Şuşada Zəfər muzeyi olacaq, bu, yetərlidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Xalqımıza, gənclərə milli ruhu, şəhidlərimizin qəhrəmanlıq dastanlarını anlatmaq, təbliğ etmək daha önəmlidir

Şuşanın Baş Planında Qala divarlarının yer almadığına dair sosial şəbəkələrdə yayılmış xəbərlər, fotoların əsassız olduğu aydınlaşıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya bildirilib ki, Şuşanın Qala divarları qorunub saxlanacaq. Dövlət Komitəsindən bildirilib ki, Şuşa şəhərinin Baş Plan layihəsi çərçivəsində şəhərin memarlıq üslubuna dair müxtəlif konseptual həllər işlənib: “Bu həllər şəhərin perspektiv inkişaf dövründə icra olunacaq memarlıq layihələri üçün istiqamətverici rol oynayır. Qala divarları da daxil olmaqla, Şuşa ərazisində mövcud olan və dövlət mühafizəsinə götürülmüş bütün daşınmaz tarix və mədəniyyət abidələrinin qorunub saxlanması Baş Planda nəzərə alınıb”. 


Yayılmış xəbərlərin şayiə xarakterli olduğu, rəsmi mənbələrə istinad edilmədiyini söyləyən yazıçı-publisist, əslən qarabağlı, hazırda da Şuşa şəhərində yaşayan Kərim Kərimli “Sherg.az"a açıqlamasında bir çox vacib məqamlara toxundu:  


- Qala divarları haqqında danışmazdan öncə, ümumiyyətlə, Şuşanın tarixi abidələrinə nəzər salmaq istərdim. Şəxsən Mən Şuşanın tarixi abidələrini 5 kateqoriyaya bölürəm. Birincisi, Allahın Şuşada yaratdığı möcüzələrdir. Abidələrdir. Bunlar təbiət abidələridir. Cıdır düzü, Topxana meşəsi, Çaxmaq meşəsi, Çınqıllı meşə, Ağzı yastı kaha, Kirs, Sarıbaba dağı. Turşsu bulağı. Şırlan dərəsində Şırlan turşsuyu, Daşaltı dərəsi, Daşaltı çayı, Xəlfəli dərəsi, Xəlfəli çayı, Cəmillər kəndindəki möcüzə.... Təbiət möcüzələrinin sayı o qədərdir ki, saymaqla bitməz. Şuşanın özündə də, ətrafında da çoxsaylı belə möcüzələr var. İkincisi, Şuşanın təşəkkül tapmasında möcüzələr yaratmış insanlardır. Pənahəli xan, İbrahimxəlil xan, Kərbəlayi Səfixan Qarabaği.... və sairləri. Bunlar Şuşada möcüzələr yaradan insanlardır. Üçüncüsü, Şuşanın tarixi abidələridir. Gəncə qapısı. Qala divarları. Xan sarayları. Mehdiqulu xanın sarayı. Bunlar insan əliylə yaradılmış abidələrdir. Dördüncüsü, Şuşanın sayı-hesabı bilinməyən görkəmli şəxsiyyətləridir. Bu siyahı o qədər genişdir ki, sadalayıb vaxtınızı almaq istəmirəm. Musiqidə, incəsənətdə olanlar, siyasət sahəsində olanlar, alimlər, musiqişünaslar, sənətkarlar. Bunlar Şuşanın insan abidələridir. Beşincisi isə bu görkəmli şəxsiyyətlərin yaşadığı evlərdir. 100-lərlə belə tarixi evin adını çəkə bilərəm. Üzeyir bəyin, Bülbülün, Əhməd bəy Ağaoğlunun evi, Mehmandarovların malikənəsi... İşğal dövründə erməni barbarları tərəfindən bəziləri tamamilə dağıdılmışdı, bəzisinin bünövrəsi, bəzisinin müəyyən hissələri qalıb. Şuşada məşhur Hacıqulların malikənasi vardı ki memarlıq tarixində inci sayılır. Evin bünövrəsi qurğuşundan tökülmüşdü. Sözün qısası, Şuşada hər addım tarixdir, abidədir. Bunların hamısını qoruyub saxlamaq lazımdır. Onlar əvəzsiz incilərdir.

Gələk, Şuşanın Qala divarları haqqında yayılan xəbərlərə. Belə məlumatlar paylaşılıb ki, guya Baş Planda Qala divarları görünmür. Əvvəla, dövlət tərəfindən Baş Planın təqdimatı olmayıb. Hərə bir şəkil, bir video paylaşır; Şuşa gələcəkdə belə olacaq. Soruşanda, bu məlumat hardandı, deyirlər, filan yerdə paylaşılmışdı, biz də ordan əldə etmişik. Məlumatın əsası yoxdursa, o, əsassız sayılır. Rəsmi şəkildə dövlətin təqdim etdiyi Baş Plandan danışmaq olar. Yerdə qalan, kim nə paylaşırsa uydurmadır. Qala divarları Şuşanın bir nömrəli bəzəyi, tarixi abidəsidir. O qala divarlarının, qala bürclərinin olmadığı halda Şuşa tarixi şəhər sayılmaz. Qala divarlarının olmayacağını düşünməyin özü absurddur. Şuşa 3 tərəfdən Qala divarları ilə əhatələnib, bir tərəfi sıldırım qayalıqlardır. O qayalıqlar ki qəhrəman, qorxmaz, şücayətli əsgərlərimiz qanları, canları bahasına dırmaşaraq Şuşaya daxil olmuşdular.  


Şuşada memorial kompleksin və ya erməni vəhşiliyinin sübutu kimi hansısa tarixi yerlərin, abidələrin qorunub saxlanmasına gəlincə, K.Kərimli qeyd etdi ki, Şuşada  kütləvi qırğın olmayıb:

- Şuşanın müdafiə olunduğu 1988-94-cü illəri əhatə edən dövrdə şəhərdə kütləvi qırğın olmayıb. Qrad atəşi nəticəsində həlak olanlar, müharibə dövründə itkin düşənlər olub (66 nəfər). Xocalıda soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks ucalacaq. Qaradağlıda, Ağdabanda kütləvi qırğınlar olub. Harada erməni quldurları kütləvi qırğın törədibsə, o yerlərdə xatirə abidəsi ucaltmaq olar. Amma mən memorial komplekslərin çox olmasının tərəfdarı deyiləm. Biz Zəfər muzeylərinin sayını çox etməliyik. Xalqımıza, gənclərə milli ruhu, şəhidlərimizin qəhrəmanlıq dastanlarını anlatmaq, təbliğ etmək üçün. Şuşada Zəfər muzeyi olacaq. Hesab edirəm ki, bu, yetərlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri